Prezidentin köməkçisi “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər edib

0
55

Yanvarın 2-də Azər­baycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-pol­kovnik Məhərrəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sər­həd Xidmətinin (DSX) rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ermənistanla dövlət sər­hə­dinin mü­ha­fizə və müda­fiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər ediblər.

medonline.az xəbər verir ki, Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti yoxlanılıb, Dünya azər­bay­canlılarının həmrəyliyi günü və Yeni il bay­ramları münasibətilə sərhəd döyüş mən­tə­­qələ­rində xidmət aparan hərbi qulluqçular təbrik edilib, sərhəd­çilərin xidməti və yaşayış şərait­lə­rinə baxış ke­çirilib.

Dövlət sər­hədində zəruri sərhəd mühafizə və müdafiə infra­struk­tu­runun yara­dıl­ması məqsədilə görü­lən işlərlə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yük­səldilməsi, dövlət sər­hədi­nin toxunul­mazlığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi istiqamətin­də zəruri tapşı­rıqlar verilib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin