Keçmiş “Qarabağ”lı Türkiyə klubunda

0
21

“Qarabağ”ın sabiq futbolçusu Con Delarj Türkiyəyə qayıdıb.

medonline.az Sportline.az-a istinad edərək xəbər verir ki, I Liqa təmsilçisi “Boluspor” Çexiyanın “Dinamo Çeske-Budeyovitse” klubundan konqolu hücumçunu transfer edib. Forvardla mövsümün sonuna qədər müqavilə imzalanıb. 29 yaşlı futbolçunun aylıq maaşı 15 min avro olacaq. Delarj hər oyun üçün əlavə 4,5 min avro bonus alacaq.

Hücumçu ötən mövsüm “Qarabağ”da 10 oyuna 2 qol vurub. O, “Bursaspor”dan Ağdam klubuna keçmişdi.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin