“Gəlin var əlində gəlinciyi ilə…” tamaşasının təqdimatı keçirildi

0
159

medonline.az xəbər verir ki, Dekabrın 29-u Salaam Sinemada Niderland Krallığının Xarici İşlər Nazirliyinin dəstəyi və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi- Gürcüstan təşkilatçılığı ilə icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində həyata keçirilən “Məqsədə Çat!” Dayanıqlı İnkişaf Məktəbinin məzunlarının Gender bərabərliyi mövzusunda hazırladıqları “Gəlin var əlində gəlinciyi ilə…” adlı teatr tamaşası nümayiş olundu.

Tamaşanın məqsədi cəmiyyətdə kiçik yaşlı uşaqlar arasında erkən evliliyin qarşısının alınması, sağlam ailələrin formalaşmasına nail olmaqdır. Müxtəlif yaş qruplarına daxil olan gənclər tərəfindən hazırlanan tamaşa maraqlı anlarla yadda qaldı.

Sonda tamaşada iştirak edən gənclərə sertifikatlar təqdim olundu.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin