27 dekabr “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin təşkilatçılığı ilə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsində Dünya Azərbaycanlıların Həmrəylik günü münasibətilə xeyriyyə məqsədli tədbir keçirilib.

Tədbirdə “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədova, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, prezident mükafatçısı, müharibə veteranı, jurnalist Şamil Sabiroğlu, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədr müavini Dilbər Sultanova, Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, Türkiyəli iş adamı Mehmet Akbyık, Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi , sahibkar xanım hacıxanım Kifayət Qənizadə, QHT nümayəndələri və məhbuslar iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu təşkilatın fəaliyyəti haqqında məlumat verərək, tədbirin mahiyyətindən danışdı. Bildirdi ki, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin cəzaçəkmə müəssisəsində ilk tədbiri deyil, birlik Mahirə Əsədovanın təşəbbüsü ilə müxtəlif cəzaçəkmə müəssisələrində tədbirlər həyata keçirib. Ağdam rayonunun müxtəlif kəndlərində dövlətin maliyyə dəstəyi olmadan artezian bulaqlar çəkdirib və sakinlərin ixtiyarına verilib. Daha sonra “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədova çıxış edərək tədbirin həyata keçirilməsinə şərait yaradan dövlət qurumlarına təşəkkürünü bildirdi.
“Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədr müavini Dilbər Sultanova, Türkiyəli iş adamı Mehmet Akbyık, Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, sahibkar xanım Kifayət Qənizadə və digərləri çıxışlarında Xeyriyyə məqsədilə həyata keçirilən tədbirin təşkilini yüksək qiymətləndirdilər və məhbuslara tezliklə ailələrinə geri dönməsini arzuladırlar.

 

Tədbir Elşad Qarayev və Rəvan Qarayevin musiqiləri ilə davam etdi.

Cəzaçəkmə müəssisənin Tərbiyə İşləri Üzrə rəis  müavini Sevda Zamanova çıxış edərək, təşkilatçılara tədbirin keçirilməsinə, məhbuslar üçün müxtəlif qida və digər əşyalar barədə köməklik göstərdiklərinə görə təşəkkür etdi.

Sonda xatirə şəkli çəkildi.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin