“İlhamlı Azərbaycan” layihəsinin qalibləri mükafatlandırıldı

0
123

Dekabrın 28-də “Qafqaz-Media” ictimai birliyinin təşkilatçılığı ilə  həyata keçirilən “İlhamlı Azərbaycan” layihəsinin qaliblərinə döş nişanının təqdim edilmə mərasimi  keçrilib.

medonline.az xəbər verir ki, ”Min Bir gecə” restoranında həyata keçirilən tədbirdə ölkənin tanınmış jurnalistləri, təhsil işçiləri, tibb işçiləri, incəsənət və QHT nümayəndələri iştirak ediblər.

Prezident İlham Əliyevin doğum gününə həsr olunan layihədə “Xocalı Soyqırımını Tanıtma” İctimai birliyinin sədri, prezident mükafatçısı, müharibə veteranı, jurnalist Şamil Sabiroğlu, Bakı Dövlət Universitetinin Kafedra müdiri Knyaz Aslan, Azərbaycan Respublikasının əməkdar artisti Azad Şükürov, Əməkdar artist İftixar Piriyev, Cəlilabad rayonundakı Xəstəxananın baş həkimi Əfrayim Hüseynli, Xalq artisti Məleykə Əsədova, ATV-nin müxbiri Əli Vəliyev, Əməkdar artist Zöhrə Abdullayeva, Əməkdar artist Elza Seyidcahan, gənclərdən bədii qiraətçi Ülkər Piriyeva, şair Qabil Ədalət, muğam ifaçısı  Suma Tapdıqova, repçi Bəhlul Tufan, ARB kanalından Amid Həsənquliyev, Etibar Hüseynov, “Xalq qəzeti”ndən İlqar Həsənov, yazıçı Kənan Hacı, yazıçı Azər İsmət, akademik Mərkəz Qacar, Professor Leyli Əliyeva, akademik Yəhya Əliyev və başqaları döş nişanınına layiq görülüblər.

Tanıtma: Hacı Azadə Taleh Abbasqızı (Hüseynova) – şair, publisist, həkim-jurnalist. Prezident təqaüdçüsü. 2006-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin idarə heyətinin üzvü (1995). Avropa Kardioloqlar və Azərbaycan Kardioloqlar Cəmiyyətinin üzvüdür. 2017-cı ildən Avrasiya Sanat Kultur və Bilim Fedarasiyonuna Azərbaycan təmsilçisi seçilmişdir. 2014-cü ildən Rusiya, Dağıstan, Dərbənddə fəaliyyət göstərən “Gülüstan” Ədəbiyyatçılar ittifaqının üzvüdür. Gürcüstan-Azərbaycan Ziyalılar Birliyinin fəxri üzvü. Gürcüstan Azərbaycanlıları Jurnalistlər Birliyinin üzvüdür. “Qafqaz-Press” qəzeti, “Qanqal” qəzeti, “Hakimiyyət və zaman”, və “Kardioloqiya” jurnallarının təsisçi və baş redaktorudur. “Borçalı” qəzetinin və eyni adlı jurnalın baş redaktoru. “Qafqaz-Media” İctimai Birliyinin sədri və Qafqazmedia.az saytının rəhbəridir.

Şamilə Şamilqızı,

Nübar Novruzova,

Sənan İmanov,

Medonline.az saytının əməkdaşları.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin