Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə Cəbrayıl rayon Tatar kənd tam orta məktəbində müəllimlər üçün yaradıcı təlimlər davam etdirilir

0
97

27 sentyabr 2019-cu ildə Cəbrayıl rayonu Tatar kənd tam orta məktəbində Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin ümumtəhsil müəssisələri kateqoriyası üzrə qalib olmuş “Təhsildə Texnologiyaların Tətbiqi” layihəsinin açılış mərasimi keçirilmişdir.

medonline.az xəbər verir ki, Cəbrayıl rayon Tatar kənd tam orta məktəbində baş tutan tədbirdə məktəbin  direktoru Əfsanə İbrahimova iştirakçılara layihənin məqsədi, vəzifələri, təşkil  olunacaq təlimlərin zamanı və məkanı haqqında geniş məlumat  vermişdir. O, qeyd etmişdir ki, layihənin əsas məqsədi müəllimlərin texnologiyalardan tədris vasitəsi kimi istifadə bacarıqlarını artırmaqdır. Həmçinin, qeyd olunmuşdur ki, layihənin həyata keçirilməsi nəticəsində müəllimlərin texnoloji və metodoloji bacarıqlarının artırılmasından şagirdlər də  faydalanacaqdır.

05 oktyabr 2019-cu il tarixdə  Cəbrayıl rayonun Tatar kənd tam orta məktəbində “Təhsildə Texnologiyaların Tətbiqi” layihəsinin  təlimlərinə başlanılmışdır.  Layihədə 40 müəllimin iştirakının nəzərdə tutulmasına baxmayaraq, onlarla yanaşı könüllü müəllimlər və tələbələr də iki qrupa ayrılaraq təlimlərdə iştirak etmişdir. Təlimin ilk günündə iştirakçıların texnoloji biliklərinin yoxlanılması məqsədilə yazılı və şifahi sorğular aparılmış, iştirakçılara şagirdyönümlü təlim üsulları haqqında məlumatlar verilmişdir və müzakirələr aparılmışdır.

Təlimin proqramına uyğun olaraq müəllimlərə Microsoft Word,  Microsoft PowerPoint , Microsoft Excell,  proqramları haqqında ətraflı məlumat verilmişdir. Təlimlərdə ,həmçinin, müəllimlər PowerPoint proqramında  sərbəst şəkildə öz açıq dərslərinin icmalını  hazırlayıb, təqdim etmişlər. Təqdimatların müzakirəsi aparılaraq, müəllimlərə metodik tövsiyələr verilmişdir. Hazırki  mərhələdə isə, müəllimlər təlimlərdə öyrəndikləri bilikləri praktik olaraq tətbiq edərək,  İKT avadanlıqlarından istifadə edərək öz açıq dərslərini təqdim edirlər.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin