Ağdam rayonunda bulaq və subartezian quyusu istifadəyə verilib

0
82

Dekabrın 24-də Ağdam rayonunun Quzanlı qəsəbəsində “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin təşəbbüsü ilə tikilən bulağın və yeni qazılan subartezian quyusunun açılışı olub.

Medonline.az xəbər verir ki, Tədbirdə “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyin sədri “Tərəqqi” medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” medalının mükafatçısı , müharibə veteran, jurnalist Şamil Sabiroğlu, Respublikanın əməkdar mədəniyyət işçisi, hazırda İngiltərədə fəaliyyət göstərən Rafiq Rüstəmov, Respublikanın əməkdar jurnalisti Mətanət Ağamirli, yazar, araşdırmaçı, ictimai xadim İradə Əlili, Xocalı Mərkəzi rayon xəstəxanasının baş həkimi, “Tərəqqi” medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” medalının mükafatçısı , Qarabağ qazisi Aqil Məmmədov, İqtisadçı-ekspert, “Tərəqqi” medalının mükafatçısı xanım İndira Şəmsvari, Xocalı Soyqırımının canlı şahidlərindən olan xanım Dürdanə Ağayeva, Qol güləşi üzrə dünya çempionu Azər Asif(Fred) oğlu Məhərrəmov, Ağdam rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov rayon ictimaiyyətinin, Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin və qəsəbə sakinlərinin iştirak etdiyi mərasimdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyin sədri “Tərəqqi” medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” medalının mükafatçısı , müharibə veteran, jurnalist Şamil Sabiroğlu bildirdi ki, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə xanımın həyata keçirdiyi bu nəcib addım diqqətəlayiq işdir. Cənab Prezident İlham Əliyevin doğum günü münasibətilə həyata keçirilən bu tədbirin böyük əhəmiyyəti vardır. Şamil Sabiroğlu onu da qeyd etdi ki, Mahirə xanım Əsədova Ağdam camaatının fəxridir.

Daha sonra tədbirdə “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağdam rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov və başqaları çıxış edərək, sakinləri subartezian quyusunun və bulağın istifadəyə verilməsi münasibətilə təbrik edib, xeyriyyə tədbirini yüksək qiymətləndiriblər. Bildirilib ki, bundan əvvəl də Ağdam rayonunun Quzanlı, Bənövşələr qəsəbələrində və Əhmədağalı kəndində İctimai Birlik tərəfindən qazılmış subartezian quyuları və bulaqlar istifadəyə verilib.

Qəsəbə sakinləri xeyirxah işə görə təşkilatçılara təşəkkür ediblər.

Sonda xatirə şəkli çəkilib.

Şamilə Şamilqızı,

Nübar Novruzova,

Sənan İmanov.

Ağdam, 24.12.2019, medonline.az

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin