“Fetal Ultrasonoqrafiya” mövzusunda praktik seminar keçirilib

0
17

Respublika Perinatal Mərkəzində uşaq ölümlərinin azaldılmasına yönəldilmiş “Fetal Ultrasonoqrafiya” mövzusunda praktik seminar keçirilib.

medonline.az Səhiyyə nazirliyinin mətbuat xidmətinin məlumatına istinad edərək xəbər verir ki, Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Şüa-diaqnostika kafedrasının əməkdaşı Azər Fərəcovun keçdiyi seminara hamilə qadınları müayinə edən şüa diaqnostikası üzrə həkim-mütəxəssislər cəlb olunub. Tədbirdə fetal ürək-qandamar sistemi xüsusən fetal venoz sistemin embriologiyası eləcə də fetal venoz sistemin müayinə prinsipləri və venoz sistem anomaliyaları, xromosomlar markerlər və onların dəyərləndirilməsi barədə söhbətlər aparılıb.

Görüşdə həmçinin ürək qüsurları – klinik misallar üzərində müzakirə edilib.

Seminar sual-cavab şəklində davam edib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin