“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyindən növbəti xeyirxah addım

0
88

Noyabrın 30-da Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Nizami (Bakı) Filialının birgə təşkilatçılığı ilə  Bakıdakı “Medika Hospital”ın Poliklinika şöbəsində aztəminatlı ailələrin oğul övladları üçün sünnət mərasimi keçirilib.

Mərasimdə 16 ailənin azyaşlı övladı müasir standartlara cavab verən avadanlıqlar vasitəsi ilə sünnət olunub. Mərasimdə iştirak edən valideynlər bu xeyirxah işin təşkilatçılarına təşəkkür edərək bildirdilər ki, ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili siyasət nəticəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi tibb sahəsində də yeniliklər çoxdur. “Medika Hospital” ən müasir avadanlıqlarla təchiz edilib. Burda işgüzar və qayğıkeş tibb personalı fəaliyyət göstərir. Onlar “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin və digər QHT-lərin aztəminatlı ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına yönələn bu addımlarını alqışladıqlarını qeyd etdilər.

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu müsahibəsində qeyd etdi ki, Dövlətin QHT-lər üçün yaratdığı şərait diqqətəlayiqdir. Şamil müəllim, bu nəcib aksiyaya qoşulan bütün şəxslərə öz təşəkkürünü bildirdi. Biz, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Ədalət Məhərrəmov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Nizami (Bakı) Filialının sədri, Qarabağ qazisi Məhi Mehdiyevlə həmsöhbət olduq. Onlar nəcib təşəbbüsü dəstəklədiyi üçün “Medika Hospital”ın baş direktoru Vüqar Tarquliyev, baş həkim Abasət Hüseynəliyev, Poliklinika şöbəsinin müdiri, şəhid bacısı Məhəbbət Paşayeva və digər məsul şəxslərə rəhbərlik etdikləri QHT-lər adından təşəkkür etdilər. Fəaliyyətini jurnalist Şamil Sabiroğlunun rəhbərliyi altında davam etdirən “medonlineaz” saytının redaktoru Gülnar Oruc da bu xeyirxah addıma görə “Medika Hospital”ın rəhbərliyinə minnətdarlığını bildirdi.

Bu layihə haqqında məlumat verən Ş.Sabiroğlu dedi: “Layihə məcburi köçkün və aztəminatlı ailələrin sosial maraqlarını əks etdirir. Bu günlərdə Təşkilatın 12 yaşı tamam olub. Həyata keçirilən bu layihə davamlı olacaq.”

         Dilbər Sultanova,

Sənan İmanov,

medonline.az  Bakı, 30.11.2019.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin