“İNTELLEKT MARAFONU” layihəsi

0
32

Azərbaycan Respublikası təhsil nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə III Qrant müsabiqəsinin qalibi adını qazanmış “İNTELLEKT MARAFONU” layihəsi üzrə Lənkəran rayonu R.Ağayev adına Şağlaser kənd tam orta məktəbində Xəmsə intellektual yarışması keçirilir. medonline.az saytı xəbər verir ki, Layihənin rəhbəri Lənkəran Rayon R.Ağayev adına Şağlaser kənd tam orta məktəbinin Tərbiyə işləri üzrə direktor müavini Sadıqov Rauf Dövlət oğludur. Adı gedən layihə Təhsil Nazirliyi tərəfindən bəyənilmiş və müsabiqənin qalibi elan olunmuşdur. Layihənin rəhbəri Rauf Sadıqov bildirib ki, bu kimi layihələrin Nazirlik tərəfindən qiymətləndirilməsi və məktəblərimizdə təşkili şagirdlərin intellektual biliklərinin inkişafında əhəmiyyətli rola malikdir. Çalışacağıq ki, bundan sonra da bu kimi müsabiqələrdə uğurla iştirak etməklə Azərbaycan təhsilinə xidmət edək.

medonline.az, Lənkəran, 30.11.2019

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin