ATU Təbriz Tibb Universiteti ilə əlaqələri genişləndirir

0
4

Azərbaycan Tibb Universitetinin (ATU) elmi işlər üzrə prorektoru Rauf Bəylərov İranda səfərdə olub. Medonline.az xəbər verir ki, səfər zamanı prorektor R.Bəylərov Təbriz Tibb Universitetinin qonağı olub, ali məktəbdə təhsil-tədris prossesi, tələbələr üçün yaradılan şəraitlə tanış olub.

ATU elmi işlər üzrə prorektoru R.Bəylərov Təbriz Tibb Universitetinin rəhbərliyi ilə görüş keçirib. Görüş zamanı qeyd olunub ki, Təbriz Tibb Universitetində dünyanın 10-dan çox ölkəsindən, o cümlədən Azərbaycandan tələbələr təhsil alırlar. Bildirilib ki, Təbriz Tibb Universiteti ATU ilə mövcud əməkdaşlığın inkişaf etdirilməsində çox maraqlıdır.

Görüş zamanı iki ali məktəb arasında qarşılıqlı əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub. Birgə elmi araşdırmaların aparılmasına dair ilkin razılıq əldə edilib. Həmçinin, Tehran Tibb Universitetinin tərkibində olan “Evidence Medicine” bazası ilə birlikdə layihələrin başlanılması təklifi nəzərdən keçirilib.

ATU və Təbriz Tibb Universiteti arında imzalanan memorandumun şərtlərinə əsasən, azərbaycanlı rezidentlərin İrandakı ali məktəbin fərqli bazalarına göndərilməsi nəzərdə tutulub. Bundan əvvəl də ATU-nun nümayəndə heyətinin İrana səfəri baş tutmuşdu.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin