Tbilisi şəhərində tütünlə mübarizə qanunvericiliyinin tətbiqinə dair seminar keçirilib

0
9

Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyasının Katibliyi və ÜST-nin Avropa Regional Bürosunun dəstəyi ilə 19-20 noyabr 2019-cu il tarixdə Gürcüstanın Tbilisi şəhərində tütünlə mübarizə qanunvericiliyinin tətbiqinə dair seminar keçirildi.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatına görə, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri – direktor müavini Rahib Məmmədov, İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev və baş hüquqşünas Fidan Rüstəmova seminarda iştirak etdilər.

Seminarın təşkilində əsas məqsəd – tütünlə mübarizə qanunvericiliyinin tətbiqi ilə bağlı tələblərin artırılması və bu istiqamətdə görülən işlərin daha da gücləndirilməsi idi. Nümayəndələr çıxış edərək, bu sahədə ölkələrində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdilər və əldə edilən uğurları bölüşdülər. Eyni zamanda, tütünə qarşı mübarizə siyasətində və qanunların icrasındakı boşluqların müəyyən edilməsi, qanunlara əməl edilməsinə mane olan səbəblər iştirakçılar tərəfindən geniş müzakirə olundu.

Azərbaycan, Moldova, Gürcüstan və digər ölkələrin nümayəndələrinin, beynəlxalq ekspertlərin iştirakı ilə keçən seminarda tütünlə mübarizəyə dair qəbul edilən qanunların icrasının təkmilləşdirilməsi, tütünlə mübarizə aparan ölkələr arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi, tütünlə mübarizənin effektivliyi üçün səylərin birləşdirilməsi yolları nəzərdən keçirildi, səmərəli təkliflər verildi.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin