Beyin qanaması olan 55 yaşlı qadın uğurla əməliyyat olunub

0
6

Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən 55 yaşlı qadının əsas şikayətləri ani, şiddətli baş ağrısı, ürəkbulanma və qusma olub. Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatına görə, baş beyin tomoqrafiyasında sağ tərəfdə beyin ilə beyin qişası arasında (subdural) kəskin qanama aşkar edilib. Belə qanamaların səbəbi, adətən, kəllə-beyin travması olur. Lakin pasiyent heç bir travma almayıb, yanaşı xəstəliyi olmayıb və qanı duruldan dərmanlardan istifadə etməyib.

Xəstədə olan qanama qadının həyatı üçün təhlükə yaratdığından təcili əməliyyat olunmasına qərar verilib.

RMDM-in həkimləri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qanama xaric edilib və qanamaya səbəb olan kiçik arteriya tapılaraq koaqulyasiya edilib (yandırılıb). Əməliyyatdan sonra pasiyent terapevt tərəfindən araşdırılıb, heç bir yanaşı xəstəlik aşkar edilməyib və beş gün sonra tam normal vəziyyətdə evə yazılıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin