Bakıda dəm qazından zəhərlənmə baş verib

0
3

 Bakı şəhərinin Nəsimi rayonu, Cavadxan küçəsi 30-da dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, dəm qazından boğulma barədə çağırış Təcili Yardım Xidmətinə saat 00:34-də daxil olub. 29 yaşlı qadın, 5 yaşlı 2 uşaq (oğlan və qız) dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər.

Lazımi tibbi yardım göstərildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin