Bakıda qeyri-infeksion xəstəliklərin profilaktikası mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

0
1

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Profilaktik Təbabət Milli Tibbi Tədqiqat Mərkəzi ilə birgə «Qeyri-infeksion xəstəliklərin profilaktikası» mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, konfransda Rusiya Profilaktik Təbabət Milli Tibbi Tədqiqat Mərkəzi Tədqiqat Mərkəzinin əməkdaşları M. Məmmədov, D. Nebieridze, Y.Balanova, N.Axmedjanov və Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları V. Mirzəzadə, İ.Mustafayev, N.Fərəcova, S. Mehdiyev müxtəlif qeyri-infeksion xəstəliklərin aktual problemlərini müzakirəyə çıxaracaqlar.

Konfrans noyabrın 22-də Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun akt salonunda keçiriləcək.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin