ADRA əməkdaşları talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan verib

0
3

Respublika Talassemiya Mərkəzinin Azərbayca Dövlət Reklam Agentliyində (ADRA) təşkil etdiyi “Donor Günü” könüllü qanvermə aksiyasına idarənin onlarla əməkdaşı qoşulub.

ADRA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürülüb. Qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyatı üzrə istifadə olunacaq.

Qeyd edək ki, talassemiya irsi qan xəstəliyidir, qanda olan qırmızı hüceyrələr talassemiyaya tutulur və düzgün fəaliyyət göstərmir. Bu xəstəliyin müalicəsində qanköçürmə mühüm rol oynayır.

Qan verməyə bir saat ayrılan vaxt, bir həyata bərabərdir. Hər bir insanın nə vaxtsa qana ehtiyacı ola bilər.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin