Naxçıvanda Bakıdan gələn Həkim Briqadası tərəfindən Praktiki Master Klass keçirildi

0
14

Naxçıvanda Bakıdan gələn Həkim Briqadası tərəfindən Praktiki Master Klass keçirildi.

medonline.az məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası (HXRA) və Azərbaycan Respublikası Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrası ilə sıx əməkdaşlıq edərək, 16 noyabr 2019-cu il tarixində Naxçıvan MR-da Hemofiliyaya dair təşkil ediləcək Naxçıvan Muxtar Respublikasının Babək, Culfa, Kəngərli, Naxçıvan, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından fəaliyyət göstərən tibb mütəxəssisləri üçün Hemofiliyaya dair I -ci Regional Konfrans təşkil edilmişdir.

HXRA Azərbaycanda qanaxma pozğunluğu olan xəstələrin müalicəsi və qayğısında fəaliyyət göstərən ixtisaslaşmış ortopedik cərrahları, hematoloqlar və fizioterapevtləri bir yerə toplayır.

Konfransın proqramında əsas sahələri əhatə edən ortoped və fizioterapevt tərəfindən hemofiliyaya kompleks yanaşma ilə əzələ-dayaq sisteminə aid və hemofiliyanın ağırlaşmalarına dair təqdimatlar olmuşdur. Buna görədə Konfransda iştirak üçün Bakıdan 6 nəfərdən ibarət aşağıdakı mütəxəssislər çıxış etmişlər.

1. Gülnarə Hüseynova – Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri
2. Sənan Aşirov – Bakı Sağlamlıq Mərkəzinin ortopediya şöbəsinin müdiri, ortoped – cərrah
3. Günel Əlizadə – Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev ad. DHTİ hematologiya kafedrasınin assistenti
4. Yeganə Əzizova – Mir Qasımov adına Respublika Kliniki Xəstəxanasının Fizioterapiya şöbəsinin müdiri
5. Sevil Cəlilova – Respublika Talassemiya Mərkəzinin hematoloqu
6. Mədinə Hüseynova – Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının baş əlaqələndiricisi

Konfransdan sonra Naxçıvan Respublika Kliniki Xəstəxanasının hematologiya şöbəsində hemofiliyalı vətəndaşların müayinələri aparıldı. Şöbənin müdiri Dr. Xalidə Bağırovanın rəhbərliyi altında master klass keçirildi. Bakı Sağlamlıq Mərkəzinin Ortopediya və Travmatologiya şöbəsinin müdiri Dr. Sənan Aşirov bir hemofiliyalı xəstənin diz oynağına punksiya əməliyyatı edərək qansızma nəticəsində əmələ gələn hemartrozu aradan qaldırdı. Hematoloqlar və fizioterapevtlər təcrübə mübadiləsi apardılar. Həkimlər və tibb bacılarından ibarət briqada öz işini müvəffəqiyyətlə başa çatdırdı.

Bu tədbir mütəxəssislər arasında körpünü təmin etdi, bu sahədə ən yaxşı və parlaq yeni yanaşmalar nümayiş etdirildi.

Qeyd edək ki, Naxçıvan MR-da 74 nəfər hemofiliyalı və digər laxtalanma pozğunluğu ilə vətəndaşlar qeydə alınıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin