Damar malformasiyası olan xəstə sağlamlığa qovuşub

0
3

Doğuşdan üzünün sağ tərəfində mövcud olan, lakin son illərdə böyüyərək üzündə asimmetriya, rəng dəyişikliyi və şiddətli ağrıya səbəb olan bərk şişlik xəstəni ciddi şəkildə narahat edirdi. Onun Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciətinə endovaskulyar cərrah, professor Əhməd Məmiş tərəfindən edilən rəngli doppler, ultrasəs maqnit-rezonans və angioqrafiya müayinələrindən sonra diaqnoz qoyulub.

Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, 26 yaşlı xəstəyə multidissiplinar yanaşma tətbiq olunub. Əvvəlcə professor Əhməd Məmiş, növbəti gün isə cərrah Ruslan Rəhimov tərəfindən aparılan əməliyyatlar nəticəsində malformasiya qansız əməliyyatla tam olaraq xaric edilib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin