Şuranın dəstəyi ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Azərbaycanda ilk olaraq səhiyyə sahəsində blogerlik/vlogerlik fəaliyyətini reallaşdırmışdır

0
9

 medonline.az xəbər verir ki, Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial- humanitar siyasətini təbliğ etmək məqsədi ilə Azərbaycanın paytaxt Bakı şəhəri və müxtəlif şəhər, rayon, kənd və qəsəbədə dövlətin sosial və səhiyyə sahəsində mövcud olan qanunlar çərçivəsində vətəndaşlara qayğı haqqında məlumat verilmişdir. Müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması üçün məlumatlar verilmişdir, maarifləndirmə işləri aparılmışdır. Vətəndaşlar tərəfindən ictimai nəzarətin artırılması üçün vlogerlik vasitəsi ilə Youtube kanalından istifadə edilmiş, maarifləndirici video teportajlar hazırlanmışdır.
Azərbaycanda 1633 hemofiliyalı və digər nadir qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaş qeydiyyatdadır. Bölgələrdə yaşayan xəstələr və onların ailə üzvləri xəstəlik , yeni müalicə metodları haqqında məlumatlandırılmışlar.
İrsi qan xəstəlikləri üzrə ixtisaslaşmış yerli kadrların təkmilləşməsi üçün səhiyyə ocaqlarında yaxın gələcək üçün akreditasiyalı Konfrans, seminar, Simpozium və dəyirmi masaların siyahısı hazırlanmış və təsdiq edilmişdir.
2016-2020-ci illərdə Hemofiliya xəstəliyi üzrə Dövlət Proqramı çərçivəsində Azərbaycanda yaşayan hemofiliyalı xəstələr dövlət büdcəsi hesabına qanı laxtalandıran faktor konsentratları bahalı dərman preparatları ilə müalicə olunurlar. Ucqar rayon və kəndlərdə yaşayan hemofiliyalı xəstələr və onların ailə üzvləri dərmanların istifadə qaydaları, qanaxmanın ağırlıq dərəcələri zamanı dərmanın həcmi haqqında məlumat almışlar. Qanaxmalardan əziyyət çəkən xəsətələr, hemofiliyalı uşaqlara qayğı və bu sahədə çalışan tibb işçilər üçün müalicənin metodlarına dair blogerlik və vlogerlik fəaliyyəti geniş yer almışdır.
Hemofiliya və digər nadir irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələr, hemofiliyalı uşaqlara qayğı və bu sahədə çalışan tibb işçiləri üçün müasir müalicənin metodlarına dair blogerlik və vlogerlik fəaliyyəti vasitəsi ilə təbliğat aparılmışdır.
İcra orqanları və tibb işçilərinin bu sahədə gördükləri işlər və bu sahədə tərəqqi haqqında mütamadi olaraq sosial şəbəkədə işıqlandırılmışdır. Vətəndaşların sosial rifahının yaxşılaşması üçün Azərbaycan hökumətinin humanitar siyasəti haqqında məlumat verilmişdir.
Hemofiliyalı xəstə vətəndaşların həyat keyfiyyəti haqqında video materiallar hazırlanıb, youtube kanalına və veb sayta yerləşdirilmişdir.
Dövlət xəstəxanalarının tibb işçiləri və Səhiyyə Nazirliyinin rəsmiləri müsahibə vermişdir. 3 ay ərzində mütamadi olaraq 12 videodan ibarət vloq hazırlanmışdır.
Azərbaycanda ilk layihə olaraq səhiyyə sahəsində vətəndaş cəmiyyəti və dövlət ilə dialoq yaradılmışdır.
Azərbaycanın ucqar regionlarında hemofiliyalı xəstələrə tibbi xidmətin təşkili və xəstələr və onların alilələrinin müalicəsi üzrə müxtəlif profilli həkim briqadasının təməlini qoyulmuşdur və bundan sonra təkmilləşərək fəaliyyət göstərəcək. Bu əsasən Bakı, Şirvan və Gəncə regional mərkəzlərdə planlaşdırılır.
Azərbaycanda ilk olaraq səhiyyə sahəsində blogerlik/vlogerlik fəaliyyəti inkişaf edərək, Azərbaycan dövləti tərəfindən səhiyyənin inkişafına dəstəyi haqqında məlumatlar yayımlanmışdır.
Gələcəkdə əhali və dövlətin nümayəndələri arasında blogerlik və vlogerlik vasitəsi ilə virtual ünsiyyət yaradılaraq , vətəndaşları narahat edən suallara cavab veriləcək. Problemlər dərhal öz həllini tapacaq. Müsahibələr zamanı 2020-ci il üçün Konfransların, Seminarların, Simpoziumlar, dəyirmi masaların mövzusu müəyyən edilmişdir və təsdiqə verilmişdir.
Azərbaycan Respublikasının şəhər və regionlarında qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlar layihə çərçivəsində verilən məlumatlardan faydalanmışdır.
Müxtəlif profilli mütəxəssislərlə müsahibə zamanı oxşar qan xəstəliklərinin fərqi haqqında xəstə vətəndaşlar məlumatlandırlmışdır. Virus xəstəliklərinin profilaktikası haqqında mütəxəssis tərəfindən bilgilər verilmişdir. Əlilliyi olan şəxslərə dövlətin sosial müdafiəsi haqqında yeni qanun və qaydalar haqqında geniş məlumat verilmişdir. Səhiyyə nazirliyinin nümayəndələri ilə mövcud problemləri müzakirə edilmişdir və problemlərin həllində istiqamətlər müəyyənləşmişdir. Layihədə iştirak edənlər bir daha məlumatları toplayaraq gələcəkdə təşkilatın strateji planın istiqamətləri müəyyənləşmişdir.
Regional nümayəndələrə layihə haqqında məlumat verilmişdir və vaxt aşırı yerlərdə xəstələrlə biləvasitə əlaqə yaradılmışdır. Səhiyyə nazirliyi və yerli hakimiyyət orqanları ilə əlaqələr yaradılmışdır. Səhiyyə Nazirliyinə rəsmi müraciət olmuşdur, layihə haqqında məlumat veriləcək. Səhiyyə Nazirliyinin tabeçiliyində olan xəstəxanalarla əlaqə yaradılmışdır, baş həkimlərlə görüş keçirilmişdir. Video bloqun yaradılması üçün “HEMODRİVE” adlı Youtube kanalı açılmışdır. 2 ay ərzində həftədə 1 videobloq çəkilib “HEMODRİVE” adlı Youtube kanalına yerləşdirilmişdir. Yekun nəticələr haqqında KİV-ə məlumat verilmişdir. Nəticədə irsi qan xəstəlikləri haqqında cəmiyyətin və dövlət strukturlarının diqqəti bir daha cəlb edilmişdir. Müxtəlif profilli mütəxəssislərlə müahibə zamanı oxşar qan xəstəliklərinin fərqi haqqında əhali məlumatlandırlmışdır. Virus xəstəliklərinin profilaktikası haqqında mütəxəssis tərəfindən bilgilər verilmişdir. Əlilliyi olan şəxslərə dövlətin sosial müdafiəsi haqqında yeni qanun və qaydalar haqqında geniş məlumat verilmişdir. Səhiyyə nazirliyinin nümayəndəsi ilə mövcud problemləri müzakirə edilmişdir və problemlərin həllində istiqamətlər müəyyənləşmişdir. Gələcək layihələr müəyyən edilmişdir və beynəlxalq kriteriyaları səhiyyədə tətbiq edilməsi planlaşdırılmışdır.
Əldə edilən nəticələr Hemofiliya üzrə Dövlət tədbirlər planı və təkliflər paketi Səhiyyə Nazirliyi, İdman və Gənclər Nazirliyi, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Beynəlxalq təşkilatlar: Dünya Hemofiliya Federasiyası, Avropa Hemofiliya Konsorsiumuna təkliflər təqdim ediləcək və sıx əməkdaşlıq nəticəsində mövcud olan problemlər birgə həll ediləcək. Mütamadi olaraq KİV – lər blogerlik və vlogerlik vasitəsi ilə hemofiliyalı vətəndaşlara tibbi xidmət haqqında Azərbaycanın regionlarında Azərbaycan dövlətinin humanitar siyasəti haqqında məlumat alacaq. Buda dövlətimizin hemofiliyalı vətəndaşlarımızın sağlamlığının qorunması üçün tibbi xidmətin təkmilləşdirilməsinə dair Dövlət Tədbirlər Proqramında öz əksini tapacaq.
Layihə çərçivəsində irəli sürülən problemlərin tam həlli üçün aşağıdakı təkliflər diqqətə çatdırılır:
1. Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial- humanitar siyasətini təbliği davam edilsin.
2. Səhiyyədə hər bir xronoki xəstə vətəndaşa individual yanaşma ilə beynəlxalq standartlara uyğun müalicənin tətbiqi, səhiyyənin personallaşmasına nail olmaq.
3. Xəstə uşaqları yaşlı xəstələrdən ayıraraq, onlara tibbi xidmətin keyfiyyətini yüksəltmək. Erkən əlilliyin qarşısını almaq üçün müvafiq Beynəlxalq Tibbi Protokollar hazırlamaq.
4. Bütün xroniki xəstələrin vahid mərkəzləşdirilmiş tibbi xidməti təkmilləsdirmək.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin