Ötən gecə Paytaxtın Xətai rayonunda yanğın hadisəsi baş verib

0
3

Ötən gecə Paytaxtın Xətai rayonu, Neapol küçəsi 16 ünvanında hündür mərtəbəli binada yanğın baş verib.

medonline.az xəbər verir ki, hadisə yerinə FHN-nin Dövlət yanğından mühafizə xidmətinin yanğın söndürmə qüvvələri və 10 Təcili Tibbi yardım briqadası cəlb olunub.Baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən söndürülüb.

Yanğın nəticəsində 18 nəfər tüstüdən zəhərlənib. Hadisə yerinə cəlb olunan təcili yardım briqadası tərəfindən 7 nəfərə ilkin tibbi yardım göstərilib,11 nəfər isə Respublika Toksikologiya Mərkəzinə aparılıb. Yanğının baş vermə səbəbi ilkin ehtimala görə şaxtada cərəyən xətlərinin yüklənməsi olub.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin