Milli Qəhrəmana Nərimanov rayonunda heykəl ucaldılıb

0
4

Milli Qəhrəman Aqarunovun heykəlinin açılışı olub. A.Aqarunovun batalyon komandiri Hacı Əzimov bu barədə danışıb.

Medonline.az xəbər verir ki, Açılış mərasimində Azərbaycan Müdafiə nazirinin müavini Kərim Vəliyev, İsrailin Azərbaycandakı səfiri Dan Stav, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri, Albert Aqarunovun ailə üzvləri, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.

Albert Aqarunovun heykəli Bakının Nərimanov rayonu ərazisində, Milli Qəhrəmanın adını daşıyan küçədə ucaldılıb. Albert Aqarunovun heykəlinin müəllifləri heykəltəraşlar Rahib Qarayev və Zamik Rzayevdir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin