Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub

0
5

Noyabrın 15-də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Beynəlxalq Gözdən Əlillər Günü ilə əlaqədar Azərbaycan Gözdən Əlillər Cəmiyyətində maarifləndirici seminar və tibbi aksiya keçirib.

Medonline.az xəbər verir ki, tibbi aksiya zamanı 71 nəfər müayinə olunub. Aparılan müayinələr nəticəsində cəmiyyətin üzvlərində ekzotropiya, akkomodasiyanın spazmı, konyunktivit, presbiopiya, çəpgözlük, miopiya, quru göz sindromu, astiqmatizm, katarakta aşkarlanıb. Mərkəzin həkim heyəti müayinədən keçənlərə lazımi tövsiyələr veriblər.

Bununla yanaşı, Gözdən Əlillər Cəmiyyətində maarifləndirici seminar keçirilib. Seminarda akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, tədris və təşkilati metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva, Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev çıxış edərək profilaktik tədbirlərin korluğun və bəzi göz xəstəliklərinin qarşısının alınmasına kömək etdiyini bildiriblər.

Dünyada, ən azı 2,2 milyard insanın görmə qabiliyyətində pozulmalar var. Onlardan ən azı 1 milyard insanda bu prossesin qarşısı alına və ya həll oluna biləndir. 40 milyondan çox insan isə görmə qabiliyyətini itirib. Bu rəqəm hər il 45 mindən başlayaraq həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə görmə qabiliyyətini itirmə hallarının 80 faizinin qarşısını almaq mümkündür. Görmə məhdudiyyəti olan insanların əksəriyyəti 50 yaşdan yuxarıdır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin