Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

0
2

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-Şərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev bildirmişdir ki, Zirvə görüşündə iştirak etməyiniz bizi çox məmnun edir, şadam ki, ölkəniz bu tədbirdə yüksək səviyyədə təmsil olunur. Əlbəttə, səfəriniz yaxşı imkan yaradır ki, biz ikitərəfli münasibətlər haqqında danışaq. Bizim ikitərəfli münasibətlərimiz də uğurla inkişaf edir və bir çox sahələri əhatə edir. İqtisadi sahədə əlaqələrimizə gəldikdə, deyə bilərəm ki, bu sahədə çox böyük potensial var. Yaxşı siyasi əlaqələrimizi nəzərə alaraq, hesab edirəm, iqtisadi sahədə biznes qurumlarına biz çox ciddi siqnal verməliyik ki, onlar öz fəaliyyətini bir az da genişləndirsinlər. Şadam ki, turizm sahəsində də yaxşı irəliləyiş var, həm Azərbaycan turistləri ölkənizi ziyarət edirlər, həm də ki, Misirdən gələn qonaqların sayı artmaqdadır. Təbii ki, parlamentlərarası əlaqələrə də böyük əhəmiyyət verilir. Əminəm ki, səfər zamanı bu əlaqələrə yeni təkan veriləcək. Daha sonra Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-Şərif çıxış edərək qeyd etdi ki, ölkəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Sonda xatirə şəkli çəkdirildi.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin