“Sizi tanıyaq!” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

0
5

Bakı Avrasiya Universitetində 9 noyabr-Azərbaycan Dövlət Bayrağı gününə həsr olunan bayram tədbiri keçirildi. “Asiya – fakt” informasiya agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Bakı şəhərinin orta ümumtəhsil məktəblərində və ali təhsil ocaqlarında təhsil alan istedadlı uşaq, yeniyetmə və gənclər iştirak edirdilər.
“Sizi tanıyaq!” layihəsində keçirilən tədbiri aparıcı-Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kurs tələbəsi, həmin layihənin əməkdaşı Şamilə Şamilqızı açdı. Azərbaycanın Dövlət Himni səsləndi. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra söz “Asiya fakt” agentliyinin baş redaktoru, “Sizi tanıyaq!” layihəsinin rəhbəri Vüsalə Qələndərliyə verildi. Vüsalə xanım tədbir iştirakçılarını 9 Noyabr – Dövlət Bayrağı günü münasibəti ilə təbrik etdi. O, bildirdi ki, dövlətin maliyyə dəstəyi olmadan həyata keçirilən bu layihə neçə-neçə istedadlı gəncin yetişməsində mühüm rol oynayıb.
Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü, İctimai Televiziya və Radio Şirkətinin Yayım Şurasının üzvü, Respublikanın əməkdar jurnalisti Azər Həsrət, ”Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, “Tərəqqi” medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalının mükafatçısı, müharibə veteranı, jurnalist Şamil Sabiroğlu, Bakının Nərimanov rayonundakı 202 saylı tam orta məktəbin müəllimi, ”Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin üzvü Gülşən Hüseynova, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin rəhbəri, Respublikanın Əməkdar artisti xanım Nərgiz Əliyeva, “Asiya fakt” agentliyinin direktoru Şəfayət Avılbəyli tədbir iştirakçılarını Dövlət Bayrağı günü münasibəti ilə təbrik etdilər. Daha sonra layihə əməkdaşlarının iştirakı ilə maraqlı bayram konserti keçirildi. Uşaq və gənclərdən Əli Babayev, Nicat Qurbanov, Xanım İmanova, gənc şair Zəhra Əli Hüseynli bacı-qardaşları, Kənan İsmayılov, Kənan Faxralı, Kənan Qurbanov, gənc şair Sevindik Nəsiboğlu və başqaları rəngarəng konsert proqramı ilə çıxış etdilər.

Sənan İmanov,
ADPU-nun III kurs tələbəsi
Şamilə Şamilqızı,
ADMİU-nun IV kurs tələbəsi.
Bakı, 11.11.2019.,  medonline.az

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin