Payızda bədəni infeksiyalardan qoruyan Vitaminlər

0
5

Günlər qısaldıqca günəşli havanı bir müddətlik unuduruq. Onu da unuduruq ki, soyuqdan qaçıb isti bir otaqda gizlənmək infeksiyaların inkişafına səbəb olur.
Molekulyar mütəxəssisi Yulia Zotova D vitamini ilə bağlı əhəmiyyətli açıqlamalar verib.
Son zamanlarda həkimlərin və tədqiqatçıların əksəriyyəti D vitamininin əhəmiyyəti barədə daha çox danışırlar və bəli, Pediatrlar bunu xüsusilə uşaqlara payız-qış dövründə tövsiyyə edirlər. Yayın günəşli günləri ilə bir müddətlik vidalaşdığımızı nəzərə alsaq, D vitamini demək olar ki, hər kəs üçün həyati əhəmiyyət kəsb edir.
Bu elementin müxtəlif prosseslər üçün sözün əsl mənasında zəruri olmasına dair bir neçə fakt var:
• D vitamini immuniteti aktivləşdirir, müxtəlif infeksiyalara qarşı müqaviməti artırır.
• Kalsium və fosfor da daxil olmaqla maddələr mübadiləsinin tənzimlənməsində böyük rol oynayır. Onsuz da kalsium və fosfor daha pis sovrulur, yəni sümüklər kövrək olur.
• Diabetli insanlar üçün də bu element çox vacibdir. D vitamini pankreasın qanda qlükoza səviyyəsini normallaşdıraraq insulin ifraz etməsinə “kömək edir”.
• Skleroz və beyin xəstəliklərinin inkişafından qoruyaraq sinir liflərinin qoruyucu qabığının meydana gəlməsində iştirak edir.
Qeyd edək ki, D vitaminin azlığını qan testi ilə yoxlaya bilərsiniz. D vitamininin vəziyyəti ümumiyyətlə 25 D (OH) səviyyəsi ilə müəyyən edilir.
Vitamindən istifadə edərkən normanı bilmək vacibdir. Son vaxtlara qədər uşaqlar və böyüklər üçün tələb olunan gündəlik doza D vitamini 200 IU idi. Bir neçə il əvvəl yenidən işləndi və 400 IU-ya qədər artırıldı.
Lakin son tədqiqatlar bu miqdarın kifayət etmədiyini təsdiqləyir. Odur ki, nutritionistlər və endokrinoloqlar 3 yaşdan yuxarı uşaqlar və yeniyetmələr üçün gündəlik D vitamini dozasını 1000 IU, böyüklər üçün – 600-800 IU-ya qaldırıb.
Həyati əhəmiyyət daşıyan D vitamini tələbatlarını insanlar hava və yemək vasitəsilə ödəyə bilərlər. Payız və qışın günəşli havası müsbət təsir edir, bu səbəbdən də daha çox gəzməyə çalışmaq lazımdır.
Qidalarda:
Dəniz balıqlarının yağlı növlərində bu element yüksəkdir.
Yağ, pendir və yumurta sarısı bu vitaminlə zəngindir.
Göbələk, soya, portağal suyu, cəfəri, gicitkən və kəpəkdə də D vitamini var.
Ancaq bilmək lazımdır ki, qida məhsullarından gündəlik D vitamininin normasının 20% -dən çoxunu ala bilməzsiniz. Odur ki, D vitamini çatışmazlığının qarşısının alınması üçün, xüsusilə payız-qış dövründə vitamin-mineral kompleksləri qəbul etmək lazımdır ki, buna da xolekalsiferol deyilir. Uşaqlar üçün əlverişli olan damcı şəklində və ya böyüklər üçün tablet şəklində vitamin kompleksləri var.
Payız sağlamlığı üçün ən yaxşı 5 vitamin
Yoluxucu xəstəliklər zamanı vücudunuzu dəstəkləmək üçün vacib olan vitaminli qidalara söykənin:
1. A vitamini (retinol)
Böyümə və inkişaf prosseslərində, görmə və immuniteti qorumaqda mühüm rol oynayır.
Məhsullar: dəniz balığı, kürü, yağ, süd, pendir, kəsmik, yumurta sarısı,yerkökü, balqabaq, pomidor, qırmızı bibər, ispanaq.
2. B6 vitamini (piridoksin)
Amin turşularının metabolizmasında, neyrotransmitterlərin (norepinefrin, serotonin, melatonin) sintezində iştirak edir, yəni beynin işini yaxşılaşdırır və əhval-ruhiyyəni yaxşılaşdırır. Hemoqlobinin qurulmasında da iştirak edir.
Məhsullar: taxıl, dənli bitkilər, kartof, yerkökü, ət və süd məhsulları.
3. C vitamini (askorbin turşusu)
Antioksidant redoks prosseslərində iştirak edir, bədənin yoluxucu xəstəliklərə (ARVI, qrip) qarşı müqavimətini artırır.
Məhsullar: Əsasən bitki mənşəli məhsullar – sitrus meyvələri, itburnu, zoğal, pomidor, kələm, turp, soğan.
4. Vitamin B9 (fol turşusu)
Nuklein turşusu metabolizmasında və zülal sintezində iştirak edir. Hüceyrə böyüməsini və bölünməsini təşviq edir. Hər kəs buna ehtiyac duyur, ancaq aktiv böyümə dövründə olan uşaqlar, eləcə də hamilə qadınlar üçün xüsusilə vacibdir.
Məhsullar: ən çox göyərti – ispanaq, cəfəri, yaşıl soğan. Və tərəvəzlərdə – kələm, brokkoli, yerkökü, balqabaq.
5. B12 vitamini
Nuklein turşularının sintezi və maddələr mübadiləsi üçün lazımdır, qırmızı qan hüceyrələrinin meydana gəlməsini tənzimləyir. B12 vitamini çatışmazlığı anemiyaya səbəb ola bilər, odur ki, bu vitaminin qida ilə qəbulu insanlar üçün son dərəcə vacibdir.
Məhsullar: heyvan məhsulları – ət, qaraciyər, süd, pendir, qatıq, balıq.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin