Mövlud Çavuşoğlu: Həqiqi soyqırımı yaxın tariximizdə ermənilər tərəfindən Xocalıda törədilib

0
3

Uydurma “erməni soyqırımı” ilə bağlı qəbul olunan qərarlar Türkiyənin Suriyada həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatını pozmaq üçün ortaya atılmış təzyiq vasitəsidir. Həqiqi soyqırımı isə ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib.
Medonline.az AZƏRTAC-a istinad edərək xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hadi Süleymanpur ilə birgə Antalyada keçirdiyi mətbuat konfransında səsləndirib. Nazir diqqətə çatdırıb ki, Xocalıda qaça bilməyən hər kəs ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Orada 613 günahsız azərbaycanlı soydaşımız, o cümlədən 106 qadın, 83 uşaq öldürülüb. Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu qondarma “erməni soyqırımı”nı qəbul edənlərin Xocalı faciəsinə səssiz qalmasını qınayıb: “Həqiqi soyqırımı axtaranlar PKK/YPG terror təşkilatlarının İraq və Suriyada törətdikləri insanlıq əleyhinə cinayətlərə baxmaları yaxşı olardı.”

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin