Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Türkiyədə işgüzar səfərdədir

0
5

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə Nazir Elmar Məmmədyarov Türkiyədə işgüzar səfərdədir.
Səfər çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Antalyada keçirilən iclası çərçivəsində Türk Şurasının baş katibi Bağdad Amreyev ilə görüşüb.
B.Amreyev Türk Şurasının Bakı Zirvə Görüşünün yüksək səviyyədə təşkilindən məmnunluq ifadə edib və Azərbaycanın bu kimi tədbirlərin keçirilməsi təcrübəsini yüksək dəyərləndirib.
Baş katib TDƏŞ-ə artan marağı qeyd edərək, bir çox ölkələr tərəfindən təşkilata müşahidəçi qismində qoşulmaq istəyinin artdığını ifadə edib.
Təşkilatın qarşıda duran əsas vəzifələrinə toxunan B.Amreyev üzv ölkələrin energetika nazirlərinin görüşünün keçirilməsi məsələsinin gündəlikdə durduğunu qeyd edib.
Öz növbəsində, E.Məmmədyarov Türk Şurasının gündəliyində duran başlıca məsələlərlə bağlı verilən ətraflı məlumata görə təşəkkür edərək, təşkilatın reallaşdırmağı nəzərdə tutduğu tədbir və layihələri təqdir edib.
Tərəflər həmçinin təşkilatın fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə ediblər.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin