Səhiyyə naziri Oqtay Şirəliyev Cəlilabadda vətəndaşları qəbul edib

0
2

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edirlər.  Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli istiqamətində tədbirlər görürlər.

Növbəti belə qəbul noyabrın 8-də Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

 

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin