Qurban Qurbanov: “Hesab 1:0 olduqdan sonra, iki, üç və dördüncü qolları vura biləcəyimiz halda məğlub olduq”

0
3

Noyabrın 7-də Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçrilib.

Medonline.az xəbər verir ki, Avropa Liqasında mübarizə aparan təmsilçimiz “Qarabağ” komandası bu tur Kiprdə APOEL-in qonağı olub. Hesab 10-cu dəqiqədə Maksim Medvedev tərəfindən açılıb. 1-ci hissədə “Qarabağ” komandasının bir neçə dəfə qol imkanı olsa da, bundan istifadə edə bilməyib. Əvəzində “APOEL” komandası oyunun 59 və 88-ci dəqiqələrində hesabı öz xeyirlərinə dəyişə biliblər. Beləliklə hesab-2:1 “APOEL”in qələbəsi ilə bitib.
Oyunun sonunda “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov matçı şərh edib: “Hesab 1:0 olduqdan sonra, iki, üç və dördüncü qolları vura biləcəyimiz halda məğlub olduq. Futbol belə bir fərqli oyundur. Həm Bakıdakı, həm də bu gün rəqibdən çox qol epizodlarımız olsa da, qalib gələ bilmədik. Nəticə nə qədər ədalətsiz olsa da, APOEL-i təbrik etməliyik. Hələ heç nə bitməyib, mübarizəmizi sona qədər davam etdirəcəyik.”
A qrupunda “Qarabağ”ın rəqibi olan “Sevilya” , “Düdelanj”a 5:2 hesabı ilə qalib gəlib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin