“medonline.az” saytı fəaliyyətə başladı “

0
40

Əsası XIX əsrdə əsası qoyulmuş Azərbaycan milli mətbuatı ölkəmizin gündəmindəki əsas hadisələri, cəmiyyətimizdə mütərəqqi ideyaları aşılayıb, problemləri qabardıb həll etməklə müasir milli mətbuatımızın ideya əsaslarını ortaya qoydular. Möhkəm təməllər üzərində qurulan Azərbaycan mətbuatının bir hissəsi olmaqla 2019-cu il noyabrın 1-dən etibarən “medonline.az” saytı fəaliyyətə başladı.

Saytda Azərbaycan səhiyyəsinin inkişafı, problemləri, problemlərdən çıxış yolları haqda xəbərlər və araşdırma yazıları yer alacaq. Bundan başqa, inkişaf etmiş ölkələrdə səhiyyə xidmətinin və tibbi sığortanın təşkili, dünya və ölkə xəbərləri, habelə, ölkə səhiyyəsinin inkişafında uğurları olan ağxalatlı tibb işçiləri haqda geniş yazılar təqdim olunacaq. Saytı 2016-cı ildə  jurnalist Gülnar Orucova təsis edib. 2019-cu il 18 oktyabr tarixində Xanım Gülnar Orucovanın razılığı ilə sayt rəsmi olaraq Şamil Sabiroğlunun rəhbərliyinə keçmişdir. Hazırda saytımızda iki xüsusi müxbir: Xumar Rüstəmova və Amid Xurşudzadə, inzibatçı (admin) Sənan İmanov, baş redaktorun köməkçisi Aygün Davudbəyli və Xəbərlər departamentinin əməkdaşı Türkanə Səfərova fəaliyyət göstərir. İşgüzar bir kollektivlə mükəmməl fəaliyyət göstərəcəyimizə və geniş oxucu kütləsi qazanacığımıza ümid edirik.

Bizimlə əlaqə saxlamaq üçün (050) 334-07-78 –Amid Xurşudzadə və (077) 566-61-88-Sənan İmanov

 

Amid Xurşudzadə,

                                             “medonline.az” saytının xüsusi müxbiri

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin