40 günlük körpənin ürəyində aparılan əməliyyat uğurla nəticələndi

0
7

Respublika Müalicəvi Diaqnostika Mərkəzində anadangəlmə ürək qüsurundan əziyyət çəkən yenidoğulmuş sağlamlığa qovuşub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Medonline.az saytına verilən məlumata görə RMDM-də Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, ürək-damar cərrahı Anar Əmrahın rəhbərliyi altında növbəti uğurlu əməliyyat icra olunub. Anadangəlmə ürək qüsurundan əziyyət çəkən yenidoğulmuş sağlamlığa qovuşub. Əməliyyat erkən yaşda ciddi ürək çatışmazlığı, ağciyər (pulmonar) hipertenziya, biküspid aort qapaq və geniş (10 mm) PDA ilə 40 günlük körpə üzərində həyata keçirilib.

RMDM-ə qəbul edilərkən körpədə qidalanma zamanı ciddi təngnəfəslik, yorulma və tərləmə əlamətləri var idi. Qüsur aradan qaldırıldıqdan sonra körpənin çəkisində gözəçarpacaq dərəcədə artma müşahidə olunub və vəziyyətinin yaxşılaşması ilə əlaqədar evə yazılıb. Körpənin valideynləri əməliyyatda əməyi keçən bütün tibbi heyətə minnətdarlıq bildiriblər.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin