Şəkərli diabetin müalicəsində ilk kəşf…

0
5

14 yaşlı Kanadalı Leonard Thompson diabet müalicəsi üçün insulin inyeksiya olunan ilk şəxs olmuşdur.

“Diabet 3000 ildən artıq fərqli tibbi vəziyyət kimi görünsə də, səbəbi 20-ci əsrə qədər sirr olaraq qalmışdır. 1920-ci illərin əvvəllərində bir neçə tədqiqatçı diabetə həzm sistemində qaraciyərin üstündə oturan kiçik bir orqanın, pankreasla bağlı bir problemin səbəb olduğunu irəli sürür. Bu zaman bu ölümcül xəstəliyi müalicə etmək üçün tək yol pəhriz vasitəsilə karbohidrat və şəkər , yağ və zülal miqdarını aşağı salmaq idi. Bu pəhriz diaqnozdan qısa müddət sonra ölmək yerinə xəstələrə təxminən 1 il daha yaşamaq şansını qazandırır.

1921-ci ilin yayında Toronto Universitetindən Kanadalı Frederick Banting və Charles Best itlər üzərində uğurlu şəkildə insulin testi keçirərək heyvanlarda diabet simptomlarını əldə edirlər və sonra inyeksiya vasitəsilə itləri əvvəlki vəziyyətə qaytarırlar. 14 noyabr bu kəşf dünyaya açıqlanır. 1923-cü ildə insulin dünyaya geniş yayılır və saysız həyat xilas edir. Həmçinin Banting və Macleod tibbdə Nobel mükafatına layiq görülürlər”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin