“Qarabağ” komandası Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-lə keçirəcəkləri oyun üçün bu gün Kiprin Larnaka şəhərinə yola düşüb.
medonline.az saytı Sportline.az-a istinad edərək xəbər verir ki, komanda səfərə Çarter reysi ilə yola düşüb. Bu zaman təyyarənin bütün oturacaqları üzərinə “Qarabağ”ın loqosunun yapışdırılması diqqət çəkib.
noyabrın 7-də keçiriləcək APOEL – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.