Üzü tez-tez yumadıqda nələr baş verə bilər?

0
4

 Üzü tez-tez yumadıqda və kifayət qədər maye qəbul etmədikdə, dəridə müəyyən problemlər ortaya çıxa bilər. Bununla yanaşı yeniyetməlik dövründə yaranan sızanaqların, yağlı dəridəki qara nöqtələrin aradan qaldırılması üçün dəriyə xüsusi qulluq etməyə ehtiyac duyulur. Sözügedən problemlərdən əziyyət çəkənlər hansı üsula əl ata bilərlər?

Medonline.az saytı AZƏRTAC-a istinadən bildirir ki, “Ən yaxşı üsul təbii vasitələrlə üzə qulluq olunmasıdır. Bunu ev şəraitində bal, yumurtanın ağı, xama və sair məhsullardan maskalar hazırlayıb üzə çəkməklə etmək olar”.

Dəridə yaranan xoşagəlməz hallardan ən çox rast gəlinəni sızanaqlardır. Həmin problemin həllində isə mütəxəssislər kosmetik müalicədənsə, daha çox dərin analiz və düzgün müayinə olunmağı məsləhət görürlər. Çünki, bu hal daxili orqanların nasazlığından da xəbər verə bilər.

Bu barədə mütəxəssislərin dediyinə görə “Üz dərisində səpgilərin əmələ gəlməsi əsasən dərinin yağlı olması və onun nəfəs almaması ilə əlaqədardır. Sızanaqlar mədə-bağırsaq sisteminin xəstəlikləri nəticəsində də yarana bilər”.

Bütün bunlardan başqa mütəxəssislər gün ərzində üzü tez-tez yumağı və sağlam qidalanmağı məsləhət görürlər. Bir müddət sonra yaranan fərqi hiss etmək mümkündür.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin