Dövlət Başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Samir Rafiq oğlu Nuriyev Prezident Administrasiyasının rəhbəri postuna təyin olunub

0
7

Dövlət Başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Samir Rafiq oğlu Nuriyev Prezident Administrasiyasının rəhbəri postuna təyin olunub. Qeyd edək ki, S.Nuriyev 1975-ci ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq, 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.

1996-2003-cü illərdə müхtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində, 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində çalışıb. 2006-cı ildə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib.

2009-cu ildə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin olunub.

Prezidentin 12 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə, 14 fevral 2018-ci il-ci il tarixli Sərəncamla isə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

S.Nuriyev Ölkə Başçısının 21 aprel 2018-ci il tarixli sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyinat alıb. 1 noyabr 2019-cu il tarixli  Sərəncamı ilə Administrasiyasının rəhbəri postuna təyin olunub.

2015-ci ildən Azərbaycan Respublikası Memarlar İttifaqının fəxri üzvüdür.

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin bütün fəalları adından Samir müəllimi təbrik edirik. Ona yeni vəzifəsində uğurlar arzulayırıq.

 

Səmimi hörmətlə,

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri,

“Tərəqqi”medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”

yubiley medalının mükafatçısı, müharibə veteranı:                          Şamil Sabiroğlu,

 

Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili:                    Hacı Ədalət Məhərrəmov

Bakı, 01.11.2019.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin