Türkiyə Cümhuriyyəti müstəqillik gününü qeyd edir

0
9

Türkiyə Cümhuriyyəti müstəqillik gününü qeyd edir

Türkiyədə Respublika günü 1924-cü il oktyabrın 29-dan qeyd olunur. 1922-ci ildə səltənətin qaldırılmasından sonra Türkiyə dövlətinin siyasi quruluşunun yekun təsbiti məsələsi 1923-cü ilin oktyabrında cümhuriyyətin elanı ilə həll edildi. 6 əsr ərzində türk-islam monarxiyası şəklində həyat sürən Türkiyə dövləti TBMM-in 29 oktyabr tarixli qərarı ilə həyatına respublika kimi davam etmişdir. Cümhuriyyətin elanından sonra ilk Prezident seçilən Mustafa Kamal Paşa Türkiyənin Dövlət-i Aliyədən (Osmanlı sistemi) yeni siyasi rejimə faktiki keçidini şərtləndirən geniş miqyaslı islahatların banisidir. 1924-cü ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, həmçinin Şimali Kipr Türk Respublikasında (KKTC) da qeyd edilir. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi və Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondu olaraq qardaş türk xalqını Respublika günü münasibəti ilə təbrik edirik!

Hörmətlə,
Shamil Sabiroğlu,
Ədalət Məhərrəmov,
Çingiz Bayramov,
Dilbər Sultanova,
Ayna Allahyarqızı,
Aqil Məmmədov,
Zahid Qarayev,
Yaqut Almaz,
Zahid Əhmədov,
Yusif Savalan,
Oqtay Abdullayev,
Sənan İmanov,
Aygün Davudbəyli,
Əvəz Almədətov,
Yaşar Seyfullayev və başqaları.
Azərbaycan Respublikası, Bakı şəhəri, 29.10.2019.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin