Karbohidrat tərkibli gel, yoxsa kartof əzməsi

0
7

Medonline.az saytı oxu.az saytına istinad edərək məlumat verir ki, ABŞ-ın İllinois ştatındakı Universitetin alimləri kartof əzməsini yeyən idmançılar arasında araşdırma aparmışlar. Onların araşdırmalarına görə   uzunmüddətli məşqlər zamanı kartof əzməsini yemək idmançılara qanda qlükozanın səviyyəsini saxlamaq üçün istifadə edilən karbohidrat tərkibli gellə eyni effekti verir. Araşdırmalarda velo-idmanla məşğul olan 12 şəxs iştirak edib. Orta hesabla onların hər biri həftə ərzində velosipedlə 267 kilometr yol qət edib. İdmançılar 3 qrupa bölünüb. Birinci hissəsinə məşqlər zamanı yalnız su, ikinci qrupa gel, üçüncülərə isə kartof əzməsi verilib. Alimlər qərara gəliblər ki, kartof əzməsi və gel qəbul edən idmançıların göstəricilərində heç bir fərq olmayıb. Onlar yalnız sudan istifadə edən idmançılardan daha uğurlu nəticə göstəriblər.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin