5 qat dünya çempionu Ehram Məcidov ədalətsiz hakimlərin qurbanına çevrildi

0
12

Ehram Məcidov 1979-cu ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. İdmanın Kik-boksinq və Kunq-fu növləri ilə peşəkar şəkildə məşğuldur. E.Məcidov Kik-boksinq üzrə 5 qat Dünya çempionu, dəfələrlə Avropa və Respubluka çempionu, Prezident mükafatçısıdır. Azərbaycan Respublikasının əməkdar məşqçisi və “Xocalı” idman klubunun rəhbəridir. E.Məcidov, Azərbaycan Kik-Boksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyevlə birgə şəhid, məcburi köçkün, aztəminatlı ailələrin övladlarına təmannasız olaraq idmanın sirlərini öyrədir. Ehram Məcidov 2018-ci il sentyabrın 1-də ailə-məişət zəminində baş vermiş insidentlə əlaqədar həbs edilib. Binəqədi rayon Prokurorluğunda Respublika Cinayət Məcəlləsinin bir neçə maddəsilə cinayət işi açılıb. Daha sonra iş Ağır Cinayətlərə Dair Bakı şəhər Məhkəməsində davam etdirilib.Hakim Eldar İsmayılovun iyunun 25-də çıxardığı Qətnaməyə əsasən E.Məcidov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ehram Məcidov doğma yurdumuza canı, qanıyla bağlı oğuldur. O, daim beynəlxalq yarışlarda Azərbaycanın ay-ulduzlu bayrağını ucaldıb, dövlətimizi ləyaqətlə təmsil edib. Yalnız Vətən naminə çalışan bu insanın sabiq Milli Təhlükəsizlik Nazirliyinin sabiq məsul əməkdaşı, hazırda həbsdə olan Akif Çovdarovun yaxın qohumu Bəhruz Dilbazi tərəfindən şərlənərək tutulması çoxlu sual yaranmasına səbəb oldu. E.Məcidovun vəkilləri bu Qətnamədən apellyasiya şikayəti verdilərBakı Apelliyasiya Məhkəməsinin Cinayət Kollegiyasında E.Məcidovun şikayəti araşdırıldı. Sentyabrın 26-da hakim  Vaqif Mürsəqulovun                      sədrliyi altında keçirilən məhkəmə prosesində Ağır Cinayətlərə Dair Bakı şəhər Məhkəməsinin qəbul etdiyi Qətnamə ləğv edildi, E.Məcidov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Maraqlıdır, ölkəmizin idman şərəfini qoruyan E.Məcidovun həbsi kimə və nəyə görə lazımdır? E.Məcidov məhkəmə prosesində dəfələrlə vəsatət qaldırsa da hakim onu qəbul etmədi. Vəsatəti olduğu kimi sizə təqdim edirik:

Bakı Apelliyasiya Məhkəməsinin

 Cinayət Kollegiyasına

Azərbaycan Respublikası Məhkəməsinin 126 N-li 221.1-ci maddələrilə məhkum olunmuş hazırda Bakı İstintaq Təcridxanaseında saxlanılan Məcidov Ehram Xudu oğlu tərəfindən

Vəsatət :

(Azərbaycan Respublikası CPM-nin 91.5.13 və 299.4.1-ci maddəsinə əsasən)

Hörmətli məhkəmə!

 İstintaq orqanı yəni Binəqədi rayon polis şöbəsinin müstəntiqi Mehman Əsgərov mənim barəmdə istintaq apararkən ciddi qanun pozuntusuna yol vermiş 15 nəfərin izahatlarını saxtalaşdırmış və bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsində xüsusi qərar çıxarmışdır. Ümumiyyətlə müstəntiq işi birtərəfli  qeyri-obyektiv və qərəzli aparmışdır. Bunun nəticəsi olaraq Bakı Ağır Cinayətlər Məhkəməsi mənə 3 il 6 ay müddətində həbs cəzası vermişdir. Mən cəzanın ağırlığından narazıyam. Hadisə zamanı mən özüm də xəsarət almışam bu barədə ekspertizanın rəyi işdə yoxdur. Halbuki ekspertiza rəy vermişdir. Mənimlə bağlı qarşı tərəfdən aldığım , xəsarət və mənəvi təhqirlərlə bağlı müstəntiq heç hüquqi qiymət verməmiş mənim işimə səthi yanaşmışdır. Bununla bağlı sizdən xahişim odur ki, mənim barəmdə olan, ekspertizanın verdiyi rəy Binəqədi rayon Ekspertiza İdarəsindən tələb olunub işə əlavə edilsin. Məhkəmə tərəfindən qarşı tərəfin əməlinə hüquqi qiymət verilsin. Mən, mənə müstəntiq tərəfindən yüklənilmiş Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə olan əməli qəbul etmirəm, çünki mən ictimai yerdə deyil qarşı tərəflə qapalı otaq şəraitində, qarşı tərəfində təsdiq etdiyi kimi 5-10 saniyəlik ərzində dalaşmışıq. Bu hərəkətimiz xuliqanlıq kimi qiymətləndirilə bilməz. Qarşı tərəfin nəzarətilə bağlı ekspertiza 2 dəfə az ağır xəsarət rəyi verdiyi halda  müstəntiq qərəzli şəkildə rəyi dəyişdirərək ağır xəsarətin olması haqqında rəy almışdır. Halbuki, zərərçəkmişin ağır xəsarət almasını təsdiq edən hallardan birincisi onun 21 gündən artıq xəstəxanada yataraq müalicə almasıdır. Bu hal baş verməmişdir. Mən 20 ildən artıqdır ki, peşəkar idmanla məşğul oluram oluram bu mən 5 dəfə dünya çempionu olub Azərbaycan dövlətinin bayrağını yüksəklərə qaldırmışam. Çoxlu sayda başımdan ağır zərbələr almışam. Hadisə baş verən zaman affekt vəziyyətində olmuşam. Mənim bu vəziyyətimin yoxlanması üçün ekspertizanın təyin edilməsini xahiş edirəm. Mənim əməlimdə Cinayətlər Məhkəməsinin 221.1-ci maddəsinin tələbi olmadığından xahiş edirəm ittihamdan çıxarılsın. Ulu öndərimiz Heydər Əliyevin ruhu naminə, dövlətçiliyimiz naminə mənim Vətən qarşısında xidmətlərim nəzərə alınsın”.

Təəssüflər olsun ki, E.Məcidovun Vətən qarşısındakı müstəsna xidmətləri və xahişi nəzərə alınmadı. Əslində bu cinayətə əl atanlar həm dövlətçiliyə, həm də Dövlət Başçısına xəyanət yolunu tutublar. Biz, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi, “Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu”, “Qürur” Şəhid Ailələri Xeyriyyə və “Sosial Rifah və Tədqiqatlar” ictimai birlikləri, “Xocalı İdman Klubu”nun Baş məşqçisi, idman ustası Əli Cəfərov və bu Klubun bəzi üzvləri, habelə, ictimaiyyət nümayəndələri KİV əməkdaşları üçün növbəti dəfə Mətbuat Konfransı keçirəcəyik.

Bir daha xatırladırıq ki, Biləsuvar rayonunun yetirməsi olan E.Məcidov ali təhsillidir. Müqəddəs Həcc ziyarətində olub, Hacı titulunu qazanıb. Ehram müəllim  “Xocalı” İdman Klubunun direktoru kimi və Azərbaycan Kik-boksinq Federasiyasının Prezidenti, Milli Məclisin deputatı Adil Əliyevlə birlik də Qarabağdan olan 100-dən uşaq və yeniyetməni pulsuz məşqlərə cəlb edib.

P.S. Mövzuya qayıdacağıq.

                           Şamil Sabiroğlu,

                          Türkanə Səfərova.

                         27 oktyabr 2019-cu il

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin