Neft emalında nasosların rolu

0
12

Tanıtma

        Azər Qafil oğlu İsmayılov 1971-ci il yanvarın 26-da Bakı şəhərində anadan olub. 1978-1988-ci illərdə Bakı şəhərindəki orta təhsil müəssisələrindən birində orta təhsil alıb. 1989 1991-ci illərdə keçmiş Sovet Ordusunun tərkibində – Ukraynada həqiqi hərbi xidmətdə olub.1993-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Hazırda SOCAR( ARDNŞ)ın tabeçiliyindəki Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmizləyici vəzifəsində çalışır. A.İsmayılov həmçinin 36 nömrəli Xətai DSK-nın 26 nömrəli Məntəqə Seçki Komissiyasının sədridir. Ailəlidir, Vüzal və Nəzrin adında 2 övladı var.Yeni Azərbaycan Partiyası Xətai rayon Təşkilatının və “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin üzvüdür. “Neftin emalında nasosların rolu” məqaləsi müəllifin növbəti yazısıdır.

                         Neftin emalında nasosların rolu
“Odlar yurdu” Azərbaycan sözü bəlkə də XIX əsrdə neftin tapılmasından sonra yaranan ifadədir. Neft –yanacaq, od enerji və bəlkə də hayattır. Əgər 1940-50-ci illərə qədər Azərdaycan neftinin 80% quruda çıxırdısa, son 30 ildə əksinə dənizdə neft hasilatı çoxalmışdır. Hasilat çoxaldıqca yeni neft emalı müəssələri və neft-kimya komplekslərinə ehtiyac yaranır. ARDNŞ(SOCAR) H.Əliyev adına neft emal zavodu 2017-ci ildə Texnikas Reunidas sirkəti arasında zavodun enidən gurulması və madrenızasıya müqaviləsi bağlandı. Bu müqaviləyə görə planlaşdırılan işlər 2021-ci ildə yekunlaşmalıdır. Lahiyə çərçivəsində 14 yeni qurğu-sahə, AVRO-5 benzin 92-95-98 standatlara çatırılması nəzərdə tutulub. Bu gün neft emal zavodunda 13 saylı sahənin rəisi Elşən Əliyevin rəhbərlik etdiyi, təmir quraşdırılma sahəsinin işçilərini hər zaman görmək olur. 13 saylı sahənin çilingər,qaynaqçı, təmizləyici və dülgərlərini ilin istənilən vaxtı hətta ehtiyac olarsa bayram günləri də zavod ərazisində görmək olar. Sahə və qurğularda mütəmadi olaraq təmir işləri görülür. Sözügedən sahənin rəis müavini Quliyev Çingizin birbaşa rəhbərlik etdiyi nasos-kompressor xidməti sahəsi keçən aylarda bəlkə də unikal işlər görmüşlər. Belə ki, zavodun 3 saylı sahədən 111a nasos uzun müddətlı təmirsiz qaldığı halda, çilingərlər Vaqif Rufullayev, Zaur Hüseynov, Elmar Müslümov və digərlərnin xüsüsi bacarığı sayəsində nasosun yastığı, kipləşdirici həlqələri təmizlənmiş, təmir olunmuş bütün xətalar bərpa olunmuşdur. Daha sonra 7 saylı istehsalatın 3 nömrəli sahəsindən NK 200/120 AİSİ 310 S markalı benzin ötürücü nasos hissələri gövdə detalları tornaçı A.Abddul, Ş.Əliyev və digər bacarıqlı işçilərin,metallardan torna dəzgahlarında, nasosun müxtəlif hissələri tam dəqiqliklə ölçülüb hazırlanıb yerinə goyulmuşdur. Hər iki nasos tam işlək vəziyyətə gətirilmiş və qurğuda işin ahənginə müsbət təsır etmişdir. Istənilən neft- kimya emal müəssisələrində neftin ilkin emalından sonra alnan neft məhsullarnin borulara və qurğulara ötürülməsində müxtəlif markalı mərkəzdən qaçma nasoslarnın rolu böyükdür.13 saylı sahənin. Nasos- kampressor xidməti sahəssinin çilingərlərinin bu şücaətləri zavodun mexaniki söbəsində rəğbətlə qarşılanmışdır.Çünkü həmin nasoslar uzun müddət işlək vəziyyətdə olmamışlar.Zaman olub ki, həmin nasosların detalları xaricdən getirilmişdir. Görunduyü kimi 13 saylı sahə, zavodun daxili vəsaitləri və işçilərin qeyri-adi bacarığına görə, xərclərdən səmərəli istifadə etmişdir. İstənilən hava şəraitindən asılı olmayaraq, 13 saylı sahənin işçiləri fədakarlıqla öz vəzifələrini davam etdirirlər.
İsmayılov Azər,
təmizləyici

 

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin