Bacarıqlı həkim, etibarlı dost -TARYEL EYVAZOV – 70

0
31

Mən, Taryeli 1966-cı ildən -Azərbaycan Tibb İnstitutunda birinci kurs tələbəlik illərimizdən tanıyıram. 53 ildir ki, fasiləsiz olaraq dostluğumuz davam edir.

         Taryel Əli oğlu Eyvazov 1949-cu ildə Ağdamda ziyalı bir ailədə anadan olmuşdur. 1966-cı ildə Ağdam şəhər 5 nömrəli orta məktəbi bitirib, elə həmin ildə də  N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (hazırkı Tibb Universiteti) müalicə-profilaktika fakultəsinə qəbul olmuşdur.

         Atası, Əli Eyvazov Azərbaycanın ilk orden alan müəllimlərindəndir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Muzeyi”ndə eksponat nümayiş etdirilmişdir.  Azərbaycan təhsilinin inkişafında Əli müəllimin böyük xidmətləri olmuşdur. Uzun illər, həmçinin, Böyük Vətən müharibəsi illərində Ağdamda Maarif Şöbəsinə rəhbərlik etmişdir. Sonra yeni yaradılan Jdanov (indiki Beyləqan) rayonunda təhsilin təşkili ilə əlaqədar olaraq oraya Maarif Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Daha sonra  20 ilə yaxın Ağdamda yeganə beynəlmiləl orta məktəb olan 2 №-li şəhər məktəbinin direktoru olmuşdur. Ailə bütünlüklə həkim-müəllim ailəsi kimi tanınır. Taryelin böyük qardaşı Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Qarabağ zonasında məşhur həkim kimi ad-san qazanmış mərhum Rizvan Eyvazovun camaatımız üçün göstərdiyi xidmətlərini qeyd etməmək olmaz. Taryel həkimin bacıları da Tibb Universitetini bitirib, özü də fərqlənmə diplomu ilə: Roza, Elza və Elenora. Onlar da həkim kimi fəaliyyət göstəriblər. Təəssüflər olsun ki, Roza xanım dünyasını dəyişib (Allah rəhmət eləsin).

Taryel tələbəlik illərində dayanmadan çalışırdı. Əla oxmaqla yanaşı, tələbə elmi cəmiyyətində və institutun ictimai işlərində də fəal iştirak edirdi. Yuxarı kurslarda Semaşko adına xəstəxanada (hazırki Klinik Tibbi Mərkəzdə) gecə növbələrində tibb qardaşı kimi də işləyirdi. Məhz bunun nəticəsi idi ki, onu partiya üzvlüyünə qəbul etdilər və hətta sonralar  yeganə tələbə olaraq partiya bürosunun üzvü seçildi. (açıq etiraf etmək lazimdır ki, o vaxtlar üçün bu heçdə asan bir iş deyildi ). Təbii ki, belə bir mövqedə olan 1972-ci ildə institutu əla qiymətlərlə bitirən tələbəyə institutda nəzəri kafedralardan birində qalması təklif olunsa da, ( o vaxtkı qaydalara görə institutu yeni bitirənlər yalnız nəzəri kafedralarda qala bilərdilər) Taryel öz doğma rayonu Ağdama həkim təyinatı almağa üstünlük verdi.

Daima əlaqəmiz olduğundan, gözlədiyimiz kimi də xəbərlər gəlirdi. Qısa müddət ərzində Taryelin artıq “Taryel həkim” kimi məşurlaşmasının şahidi olduq.

    Qeyd etdiyim kimi daima öz üzərində işləmək onun ən müsbət xüsusiyyətlərindən biri idi. Təkcə onu demək kifayətdir ki, “rayon həkimi” olmasına baxmayaraq Respublikanın iki ən nüfuzlu “Azərbaycan Tibb Jurnalı”  və “Sağlamlıq” jurnallarının redaksiya şurasının üzvü seçilmişdi. Rayonda işlədiyi müddətdə də fəal olmuşdur. O, komsomolun 30-cu və 31-ci qrultaylarına nümayəndə, şəhər sovetinə deputat seçilmişdir. Gözlənildiyi kimi Taryel həkim yenə də çətin bir işin öhtəsindən layiqincə gələrək,  yüksək mübarizə olmasına baxmayaraq 1977-ci ildə “daxili xəstəliklər” ixtisası üzrə Azərbaycan Tibb İnstitunun qiyabi aspiranturasına daxil oldu. Apardığı elmi-tədqiqat işi çox maraqlı olmaqla yanaşı, çox da praktik əhəmiyyət kəsb edirdi. O, kənd əhalisi arasında ən çox rast gəlinən daxili xəstəlikləri müəyyən etməklə yanaşı, həm də onların qarşısının vaxtında alınması məqsədilə görülməli olan lazımı profilaktik tədbirlər barədə metodik işləmələr də dərc etdirdi. Dissertasiya işi Respublikanın əlaqədar Elmi Şuraları ilə yanaşı aparıcı elmi təşkilat kimi müəyyən edilmiş N.İ. Piroqov adına Lenin ordenli  2-ci Moskva Tibb İnstitutunda da müzakirə edilərək müsbət rəy aldıqdan sonra Taryel Eyvazov 1987-cı ildə Dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək “Tibb elmlər namizədi” elmi dərəcəsini aldı.

 1988-!!! Artıq Taryel üçün bütün işlər o cümlədən elmi işin davamı, doktorluq işi arxa plana keçdi: -Yalnız Qarabağ Müharibəsi.

         Tam cəsarətlə bildirirəm ki, ən çətin illər olan 1990 – 1999-cu illərdə  Ağdam  rayonunun Baş həkimi işləyən Taryel Eyvazovun rəhbərliyi ilə Ağdam tibb işçiləri əsl fədakarlıq, qəhramanlıq göstərmişdirlər. Əsrin faciəsi Xocalı Soyqrımının dəhşətlərini ilkin olaraq yaşayan məhz onlar olmuşlar. Baxmayaraq ki, o vaxt mərkəzdən verilən rəsmi məlumatda Xocalıda yalnız 2 nəfərin öldürülməsi bildirildiyi halda, Ağdam şəhər xəstəxanası həmin gecə Xocalıdan 368 yaralı qəbul etdiyini, kütləvi ölüm hallarının olduğunu ilkin olaraq hər yana bəyan etdi. Baxmayaraq ki, məlum vertolyot hadisəsi zamanı mərkəzdən verilən rəsmi məlumatda vertolyotun dumana düşüb qəzaya uğraması xəbəri verildiyi halda, həlak olanların cəsədləri məhz Ağdam tibb işçiləri tərəfindən yığılmaqla yanaşı, həm də  Ağdam  şəhər xəstəxanasının müvafiq şöbəsində Bakıdan gəlmiş mütəxəssislərlə keçirilən rentgen müayinəsinin nəticəsində ilk dəfə olaraq cəsədlərdə güllələr olduğu aşkar edilərək bəyan edildi. Artıq Taryel həkim tibbi xidmət baş leytinantı hərbi rütbəsində hərbi formada fəaliyyət göstərirdi. Müharibənin miqyasının sürətlə daha da genişləndiyini görən təcürübəli baş həkimin əlaqədar təşkilatlarla bilikdə Ağdam rayon səhiyyəsinin nəzdində olan Mahrızlı kənd xəstəxanasında respublikanın  ilk hərbi səhra hospitalının yaradılmasında da böyük xidmətləri olmuşdur. İş o yerə çatmışdır ki, artıq rayon rəhbərliyi tərəfindən xüsusi dəfn komissiyası yaradılmışdır və bu komissiyaya rəhbərlik də ona həvalə edilmişdir. Bu ərəfədə T.Eyvazov dəfələrlə rayon İH-nin, Səhiyyə Nazirliyinin və hərbi hissə komandanlığının təşəkkürlərini almışdır.

T.Ə.Eyvazov sonrakı illərdə də heç bir belə təcürübə olmadığı halda çadır şəhərciklərində, xüsusilə ilk çadır şəhərciyi olan Bərdədəki “Ərəb-1”-dən başlayaraq sonrakılarda da tibbi xidmətin təşkilində yüksək səhiyyə təşkilatçılığı göstərmişdir. Bütün bu keşməkeşli illərdə dəfələrlə məcburən yerdəyişmələrə məruz qalsalarda Ağdam səhiyyəsi öz fəaliyyətini bir gün də olsun dayandırmamışdır.

         2000-ci ildən Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində baş elmi işçi kimi fəaliyyət göstərən T.Eyvazov  bu sahədə də yeni uğurlara imza atmışdır. Xaricdə  və ölkəmizdə dərc olunmuş 61 elmi işin, 2 metodik vəsaitin müəllifidir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf  Fondunun keçirdiyi Məqsədli Qrand layihələri müsabiqəsinin qaliblərindən biridir. O,  həmçinin müntəzəm olaraq bir çox Respublika və Beynəlxalq əhəmiyyətli simpozium və konfranslarda iştirak etməklə müvafiq sertifikatlar almışdır. 2017- ci ildə Sankt-Peterburqda çap olunmuş “Патобиохимические  изменения в тканях при ишемии” monoqrafiyasının müəllifidir. Hazırda professor Ramiz Axundovla birgə  “Xroniki yorğunluq sindromunun  korreksiyası” üzrə  apardıqları elmi-tədqiqatlarla əsaslı elmi nəticələr əldə edilməkdədir.

         2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Eyvazov Taryel Əli oğluna  “Daxili xəstəliklər” ixtisası üzrə dosent elmi adı verilmişdir.

         Hazırda da o, fəal və səmərəli fəaliyyət göstərməkdədir. ATU-nun İctimai Səhiyyə fakultəsinin Elmi Şurasının üzvüdür. Elmi-Tədqiqat Mərkəzinin metodik şurasının və həmçinin həmkarlar təşkilatının büro üzvüdür. Ali dərəcəli Səhiyyə Təşkilatçısı və Səhiyyə əlaçısıdır. 1997-cı ildən YAP-nın üzvüdür.

         1989-1993-cü illərdə cəbhə bölgəsindəki fəaliyyətdən söhbət düşərkən doktor T.Eyvazov Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Rahim Məmmədhüseyn oğlu Hüseynovu da xatırlayır. Deyir ki, mənim hərbçi həkim kimi yetişməyimdə, ümumiyyətlə, tibbi səhiyyənin formalaşmasında 1992-1993-cü illərdə Sabiq Səhiyyə Naziri vəzifəsində çalışmış Rahim Hüseynovun müstəsna xidmətləri vardır.

         Uzun illər səmərəli fəaliyyəti və yubileyilə əlaqədar olaraq fakultə dekanı professor A. Ağayev Elmi Şura iclasında T.Eyvazovu hörmətli rektorumuz professor G.Ç.Gəraybəylinin və fakultənin kollektivi adından “Fəxri Diplom”la  təltif etdi. Bu münasibətlə T.Eyvazov həmçinin, ATU-nun  Elmi -Tədqiqat Mərkəzinin rəhbərliyi və həmkarlar təşkilatı tərəfindən də  Fəxri Fərmanla təltif edilmişdir.

         Ona, 2016-cı ildə “Qarabağ Əlilləri, Veteranları və Şəhid ailələri” İB tərəfindən “Vətən Naminə”, 2019-cu ildə “Azərbaycan Müharibə Veteranları” İB-nin Ağdam rayon şöbəsi tərəfindən “Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi” Yubley Medalları verilmişdir.

         Taryel həkim həm də gözəl ailə başçısıdır. Həyat yoldaşı İradə xanım Bakı şəhər 5 saylı klinik doğum evində ginikoloq həkimdir. Üç övladları, altı nəvələri vardır. Böyük qızı Nigar xanım, ATU-nu Fərqlənmə Diplomu ilə bitirib, tibb üzrə fəlsəfə doktorudur, hazırda ATU-da baş  müəllimdir. İkinci qızı Əsmər xanım ingilis dili ixtisası üzrə bakalavr təhsilini Azərbaycan Dillər Universitetində Fərqlənmə Diplomu ilə bitirdikdən sonra, elə həmin ixtisas üzrə magistratura təhsilini ABŞ-da tamamlamışdır. Oğlu Bəxtiyar isə BDU- hüquq fakültəsini bitirib və sonra yenə həmin universitetin magistraturasını  Fərqlənmə Diplomu ilə bitirərək, birbaşa Dövlət İmtahanından seçilərək DİN sisteminə işə qəbul edilmişdir. Hazırda DİN nəzdindəki baş idarələrdən birində Polis Polkovnik-Leytenantı və Şöbə rəisidir. Taryel həkimin yubleyinə ən gözəl hədiyyə nəvəsi Nəzrin tərəfindən verilmişdir. Beləki, o, bu il Heydər Əliyev adına Müasir Təhsil Kompleksini əla qiymətlərlə bitirərək, yüksək balla Azərbaycan Diplomatik Akademiyasına qəbul olunmuşdur. Göründüyü kimi ailənin əvvəldən təməli necə qoyulubsa, gənc nəsil də onu şərəflə və ləyaqətlə davam etdirir.

         Ayrıca olaraq onu qeyd etmək kifayətdir ki, 2016 cı ilin aprel döyüşləri zamanı Taryelin qardaşı oğlu, MN-nin mayoru Eyvazov Anar Rəhman oğlu möhtərəm Prezidentimizin Sərəncamı ilə “Hərbi Xidmətdə Fərqlənməyə görə” medalı ilə (hazırda polkovnik- leytenantdır), yenə həmin ildə oğlu polis mayoru Eyvazov Bəxtiyar Taryel oğlu “İgidliyə Görə” medalı ilə (hazırda polkovnik-leytenatdır) təltif olunmuşlar.

T.Eyvazov 2005-ci ildə “Qafqaz Media” İB-nin “Qızıl Fenendoskop”, 2012-ci ildə “Əsrin Ziyalısı” XİB tərəfindən ” Əsrin Ziyalısı”, 2014-cü ildə İBN SİNA adına İB “Mərhəmət Elçisi” diplomlarına layiq görülmüşdür.

         Hazırda Taryel Eyvazov Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın üzvü və katibidir.

         2014-cü ildə Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyev cənablarının sərncamı ilə Taryel Əli oğlu Eyvazov Azərbaycan Respublikasının “Əməkdar Həkim”-i fəxri adına layiq görülmüşdür.

         Əzizimiz Taryel, səni bütün kollektivimiz adından ürəkdən təbrik edir, uzun ömür, can sağlığı, səmərəli fəaliyyət arzulayırıq və inanırıq ki, Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyilə sənin növbəti ad günlərini doğma Qarabağımızda keçirəcəyik.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin