Gülnarə Hüseynova İtaliyada keçirilmiş Beynəlxalq Konfransda ölkəmizi təmsil edib…

0
43

Martın 6 və 7-də İtaliyanın Roma şəhərində Pasient Təşkilatları ilə Beynəlxalq Təcrübə Mübadiləsinə dair 11-ci Konfrans keçirilib.
Konfransda Azərbaycanı Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova təmsil edib. Konfransın əsas mövzusu “Səhiyyənin Personal yanaşması: bu pasientlər üçün nə deməkdir? ” olmuşdu.
Hər il Pasient Təşkilatları üçün Beynəlxalq Təcrübə Mübadiləsi (IEEPO) kecirilir. Təxminən 60 ölkədən olan iştirakçılar öz təcrübələrini paylaşır, şəbəkələr yaradır, ümumi problemlər və müxtəlif mövzular barədə müzakirələr aparırlar. MedOnline.az-a bu barədə açıqlama verən Gülnarə Hüseynova onu da bildirdi ki, IEEPO-da Azərbaycan nümayəndəsi kimi iştirak iki məqsəd daşıyır: Onlardan biri Azərbaycan nümayəndələri üçün dünyanın xəstə qrupları üçün tipik problemləri müzakirə etmək və digər ölkələrin iştirakçıları ilə Azərbaycan təcrübələrini bölüşməkdir. Birinci məqsəd, Azərbaycan pasientləri üçün dünyanın ən son yeni ideyaları və fəaliyyəti ilə tanış olmaq və Azərbaycan həmkarlarına təqdim etməkdir.
Burada onkoloji xəstəliklər, hemofiliyanın və digər nadir xəstəliklərin müalicəsinə dair müzakirələr aparılmış və hemofiliyanın ən müasir müalicə üsullarından bəhs edilmişdir.Emicizumab adlı yeni dərman preparatının icadı hemofiliyalı pasientlərin həyatının yüksək keyfiyyətli olması üçün yeni dövr başlanğıcıdır.
Emicizumab İsveçrənin istehsalıdır. Üstünlüyü ondadır ki, ağır gedişli hemofiliyadan əziyyət çəkən uşaqlarımız həftədə 3 dəfə damar daxili yox , ayda bir dəfə əzələ daxili Emicizumab preparatını vurmaqla, qanaxmaların 0-a enməsilə tam sağlam həyat yaşayacaqlar.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin