QHT Brüsseldə beynəlxalq tədbir təşkil edib

0
67
Bu günlərdə Brüsseldə Azərbaycan Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası ilə Avropa Hemofiliya Konsorsiumunun birgə keçirdiyi 31-ci İllik Konfrans uğurla yekunlaşıb. Maraqlı çıxışlar və əhəmiyyətli müzakirələrlə yadda qalan beynəlxalq konfrans iştirakçıların sayına görə bu dəfə rekord həddinə çatıb.
Tədbirdə 45 ölkədən olan Milli Üzv Təşkilatları, digər pasient təşkilatları, Avropa Birliyinin vəzifəli şəxsləri, hemofiliya sahəsində çalışan həkimlər, fizioterapevtlər, aparıcı tibb işçiləri, eləcə də istehsalçı dərman şirkətlərinin nümayəndələri iştirak ediblər.
Tədbirin təşkilatçılarından olan Azərbaycan Hemofiliyalı Xəstələrin respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynovanın QHT TV-yə verdiyi məlumata görə, beynəlxalq Konfransın məqsədi müalicə məsələlərini, həyat keyfiyyətinin yaxşılaşdırılmasını müzakirə etmək üçün nüfuzlu elm, tibb nümayəndələrini bir araya gətirmək, hemofiliya və digər nadir irsi xəstəliklərin müalicəsi üçün yeni dərman preparatları haqqında və bu sahədə uğurlu işin nəticələri, eyni zamanda inkişaf təcrübəsini paylaşmaq olub. Konfransda bir qrup mütəxəssislərin təqdimatı, yeni müalicələrin müzakirəsi, istehsalçı şirkətlərin təklifləri maraq doğurub.
Qeyd edək ki, Azərbayan nümayəndə heyətinin də təmsil olunduğu konfransda Assoasiasiyanın rəhbərliyi ilə yanaşı, təcrübəli mütəxəsis-həkimlərimiz də iştirak edib. Əlavə edək ki, konfransın nəticəsinə görə, elmin nailiyyətləri hemofiliyanın müalicəsində və hemofiliyalı pasientlərin tam sağalmasına imkan verir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin