Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Facebook səhifəsi ilin birincisi seçilib

0
61

Milli İnternet Mükafatı – “Milli Net 2017” qaliblərinin təqdimat mərasimi keçirilib. Yarışmaya 18 nominasiya üzrə 392 internet resursu təqdim olunub, onlardan yalnız 291-i yarışmaya buraxılıb. Səsvermədə Azərbaycan İnternet Forumu tərəfindən peşəkarlardan ibarət 19 nəfərlik münsiflər heyəti iştirak edib.

Respublika Müalicəvi Diaqnostika Mərkəzindən (RMDM) verilən məlumatda bildirilir ki, ikinci səsvermədə 96 nominant arasında kontent, dizayn və texnoloji istiqamət üzrə ən yaxşılar seçilib. Bunların arasında RMDM-nin Facebook səhifəsi qalib elan olunub. Bu tibb müəssisəsinin İnstagram səhifəsi isə 2-ci yerə layiq görülüb. “Milli Net” müsabiqəsinin simvolu mərkəzin PR və marketinq üzrə mütəxəssisi Səadət Hənifəyevaya təqdim edilib.

Qeyd edək ki, Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən “Milli Net” müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycan internetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarını üzə çıxarmaq və tanıtmaqdır. Bundan əlavə, forum informasiya texnologiyalarının populyarlaşması ilə yanaşı, Azərbaycan dilinin internetdə tətbiqinin genişləndirilməsinə də dəstək verir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin