ATU-da imtahana hazırlıq müzakirə edilib

0
28

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) imtahan nəzarətçiləri ilə görüş keçirilib. Görüşdə giriş sözü ilə çıxış edən ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev bildirib ki, artıq imtahan öncəsi belə toplantıların keçirilməsi ənənə halını alıb. O, imtahanın qaydalara uyğun şəkildə və tam şəffaf şəraitdə keçirilməsi baxımından, nəzarətçilərin böyük rol oynadığını bildirib: “Nəzarətçilərin namizədliyi bizə kafedra müdirləri tərəfindən təqdim olunub. İnanıram ki, imtahan dönəmində aktiv olacaq, işinizi dəqiq yerinə yetirəcək və sizə göstərdiyimiz etimadı doğruldacaqsınız.”.

ATU-nun Virtual Test Mərkəzinin (VTM) direktoru Şahin Bayramov isə çıxışında əsasən imtahan prosesində nəzarətçilərin diqqət göstərməli məqamları vurğuladı. Məsələn, eyni fəndən imtahan verən tələbələrin yanaşı oturmasına icazə verilməməlidir, tələbələrin vaxtında imtahana gəlişi təmin olunmalıdır. Ş.Bayramov cari tədris ilinin bu semestrindən etibarən imtahan qaydalarında dəyişiklik olduğunu xatırlatdı. Belə ki, bundan sonra bütün tələbələr eyni modul sistemi ilə imtahan verəcəklər: “Birinci və ikinci kurslar 25 suala, yuxarı kurslar isə 50 suala cavab verəcəklər. Əvvəlki sistemdə tələbələrin imtahanı üçün saat məhdudiyyəti yox idi. Amma bu ildən imtahan müddəti hər bir qrupun giriş saatından etibarən hesablanır və hər qrupa 50 dəqiqə vaxt ayrılır”. Ş.Bayramovun sözlərinə görə, imtahan üçün texniki baza tamamilə hazır vəziyyətdədir.

ATU-nun İmtahan-nəzarət qrupunun rəhbəri, dosent Kamandar Yaqubov nəzarətçilərin üzərinə düşən konkret vəzifələrdən danışıb.

Görüşdə qeyd olundu ki, bu il 160 müəllim imtahanda nəzarətçi qismində iştirak edəcək. Hər müəllim imtahan sessiyası boyu 6 imtahanda iştirak edəcək.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin