Hemofiliyalı Xəstələrin Respublika Assossiasiyasının 20 illik fəaliyyətinə həsr olunmuş hesabat konfransı keçirildi

0
233

Bakı, 15 dekabr, MedOnline.az

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 il ərzində gördüyü işlər haqqında Hesabat Konfransını təşkil etmişdir. Yığıncaqda Hökumət Təşkilatları, Insan Hüquqları üzrə Müvəkkil Ombudsman, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri, Assosiasiyanın üzvləri və KİV nümayəndələri iştirak etmişlər.

Konfransı Salamlama ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının beynəlxalq əlaqələr üzrə koordinatoru Vüqar Tarverdiyev açmışdır.
Azərbaycanda Hemofiliyanın tarixi haqqında Gülnarə Hüseynova çıxış etmişdir. Daha sonra İTV jurnalisti Vəsilə Vahid qızının təqdimatı ilə “Faktor” filmi nümayiş edilmişdir.
Filmdən sonra Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru Ayaz Hüseynov “Azərbaycanda hemofiliya dünən, bu gün, sabah ” adlı hesabat xarakterli təşkilatın fəaliyyəti haqqında məruzə etdi.
Hesabatda aşağıdakı fəaliyyətlər göstərildi:
– Hemofiliyalı xəstələrin maraqlarını müdafiə etmək üçün 20 il ərzində dəfələrlə Səhiyyə nazirliyinə müraciətlər olub və görüşlər keçirilib. Müraciətlərdə regionların dərman preparatları ilə təminatı, kadrların təkmilləşdirilməsi, xaricdən mütəxəssislərin dəvəti ilə bağlı, eləcə də Gəncə və Şirvan şəhərlərində regional mərkəzlərin yaradılması haqqında məsələlər göstərilmişdir.
Əlilliyin profilaktikasına dair Quba, Şəki, Gəncə, Şirvan, Lənkəran, Mingəçevirdə hemofiliya haqqında məlumatların toplanması üçün informasiya mərkəzləri yaradılmışdır.
Azərbaycanın 44 rayon və şəhərlərində,eləcə də Naxçıvan MR-da Hemofiliya problemlərinə dair rayon mərkəzi xəstəxanalarında çox profilli tibb işçiləri üçün seminarlar keçirilmişdir.
Xarici ölkələrə səfərlər edilib, Konfrans və Konqresslərdə iştirak olunub.
Çox saylı düşərgələr, Hemofiliya Məktəbi təşkil edilib. Xarici dövlətlərdə fəaliyyət göstərən vətəndaşlarla təcrübə mübadiləsi aparılıb.
Avropa Hemofiliya konsorsium və Dünya Hemofiliya Federasiyasının Konfrans və Konqreslərində Azərbaycan layiqincə təmsil edilmişdir.
Gələcəkdə qarşıya qoyulan məsələlərin həlli üçün aşağıdakı fəaliyyətlər istiqaməti qeyd edilmişdir.

1. Faktor konsentratlarının 4 beynəlxalq vahidə çatdırıması
2. Hepatit B və C viruslara yoluxan hemofiliyalı xəstələrin tam müalicəsi
3. Faktor konsentratları dərman preparatlarını regionlara paylaşdırılması
4. Hemofiliyalıların tekmilləşmiş elektron bazasının yaradılması
5. Ortoped cərrahların təkmilləşməsi
6. Tibbi genetik laboratoriyanın yaradılması

Konfransda digər qonaqlar: Ombudsman Elmira Süleymanova, İrəli Gənlər Təşkilatının sədri MirHəsən Seyidov, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimov, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının Valideynlərlə iş üzrə koordinatoru Vüsalə Əkbərova çıxış etdilər.
Тoplantıda çıxış edən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının üzvləri hemofiliyalı xəstələrə göstərilən dəstəyə görə təşəkkürlərini bildirdilər.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin