Sevgi, insanı bir kimsəyə qarşı yaxın maraq və bağlılıq göstərməyə yönəldən iç duyğudur. İnsan həyatını anlamlı hala gətirən ən önəmli məfhumlardan biridir sevgi. Həyatı boyunca hər kəs birini tapır. Amma bir-birini tapmaq hər insana nəsib olmaz. Əgər bir-birinizi tapmısınızsa itirmə qorxularınız da olacaq. Bəs sevgidə qorxular nə zaman ortaya çıxır? Qorxularla necə mübarizə aparmalı və sevgini necə qorumalıyıq?!

Müsahibimiz Psixoloq Aytən Əliyeva bütün bu sualları MedOnline.az-da cavablandırdı.

Müsahibəni sizə təqdim edirik:

-Aytən xanım, sevgidə qorxular nə zaman yaranır?

-Əvvəla onu deyim ki, sevgi qorxu yaratmamalıdır. Əksinə, o elə hissdir ki, yaşamağa stimul verir,iş gücünü artırır, yeni idealara təkan verir,sevinc hissini xoşbəxtlik anına çevirir.Bu hissdə yaranan qorxuları insan özü səhv düşüncələri ilə səhv yanaşması ilə yaradır.
Əslində sevgi emosional keçid mərhələlərində insanların bir-birinə isinməsidir. Yəni bu hiss müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxır. Insanların maraqlarının üst-üstə düsməsi, maraqlı ünsiyyət, xoş olan zövqlər, rahatlıq, darixma kimi amillər bu hissin yaranmasına səbəb olur.Gəlin qorxuya nəzər salaq:
Qorxular müxtəlif olur- zərərli və xeyirli. Xeyirli qorxular insanı düşünülməmiş addımlardan çəkindirir. Qorxular əsasən o zaman meydana çıxır ki, münasibətlərdə laqeydlik, qısqanclıq, diqqətsizlik kimi hallar yaşanılır.Bir-birinin yanında darixmalar, sevgililər arasında maraqların fərqliliyi müşahidə olunur. Bu zaman qarşı tərəflərdən biri itirmək və ya rəddedilmə qorxusu yaşayır. Bəzən sevgidə qarşı tərəfə önəm verilmir, bu da ayrılığa səbəb olur.
Itirmək qorxusu, qorxuların içində ən çox incidən qorxudur, bu da o zaman yaranır ki, qarşı tərəfə həddindən artıq diqqət göstərilir. Hər bir anı paylaşılır və hər anı ona bağlayır, və artıq bu bağlılıqdan başqa hisslər ortaya cixir: Qisqanclıq, şübhə, diqqətsizlik, yoruculuq. Bu isə qarsı tərəfi yormağa və uzaqlaşmasına gətirib çıxarır. İstər xanım, istərsə də kişi, bunlara əməl etməlidir:
1.Sevgilinizə tez-tez sevginizi bildirməyin (bu artıq adiləşir və yorucu olur)
2.Xüsusi əşyalarınıza (çanta,telefon) icazəsiz götürülməsinə imkan verməyin (anlaşılmayan məqamlar ola bilər)
3.Həmişə baxımlı olun (hər bir insan qarşındakının təmiz, səliqəli, baxımlı olmasından xoşlanır)

Rəddedilmə qorxusu

-Rəddedilmə qorxusu mənəvi və maddi baxımdan da yarana bilir. Qizlarda rəddedilmə qorxusu “atılmış qız” sindromu yaradır, kişilərdə isə bu hal, sevgiyə ilk addım atarkən yaşanır. Məsələn, zahiri görünüş cəhətdən keçəllik, qısa boyluluq, sevgini etiraf edə bilməmək, ünsiyyət çatışmamazlığı, utancaqlıq. Bunlar rəddedilmə qorxusu yaradır.
-Bəzən sevgidən verilən hissləri müəyyən müqayisə zamanı bir-birinə alçaldaraq dilə gətirirlər.Bunu yaşayan tərəflər artiq sevgidən hissi addım atmaqda çetinlik çəkirlər, alçalmaqdan qorxurlar.
Sevgidə hər söz, hər davranış mühüm əhəmiyyət daşıyır. Sevdiyin şəxsin xarakterini dəyişmək, onu alçaltmaq deməkdir axı. Onu o xarakterlərlə, o görünüşdə sevmişdi. Düzdü, bəzi nöqsanlar olur ki, xeyrinə olaraq deyişməsi yaxşıdır. Amma qarşındakına bunu məcbur və ya şərtlə yox, istəyərək, sevərək etməyinə kömək etməlisiniz. Bəzən dəyişmək uğrunda edilənlər, sevgilini itirmə ehtimallarını daha da gücləndirir.

-Bəs qorxularla necə mübarizə aparılmalıdır? Sevgi necə qorunmalıdır?

-Qorxudan qurtulmaq üçün başlıcası, qorxunu analiz etməli, onu yaradan səbəblər aradan qaldırılmalıdır. Əvvəlcə şəxsiyyət kimi şəxsi keyfiyyətlər olmalıdır. Şəxsi keyfiyyətlərdən özünə güvən olmalıdır. Amma kişilər itirmək qorxusundan azad olmaq istəyirlərsə, yuxarıda dediyimiz kimi qadağaları məcbur etməktən uzaq olmalıdırlar.
Bir çox qadınların etdiyi yanlışlar:
* Qadınlar özlərini ana kimi aparırlar və kişi ilə uşaq kimi rəftar edirlər.
* Qadınlar özlərini sevdikləri şəxsə qurban verirlər; özlerini ondan sonra, ikinci hesab edirlər.
* Qadınlar kişinin potensial imkanlarına aşiq olurlar.
* Qadınlar öz qabiliyyətlərini və üstünlüklərini gizlədirlər.
* Qadınlar könüllü olaraq, kişilərə tabe olurlar.
* Qadınlar kişidən istədiklərini əldə etmək üçün özlərini balaca qız kimi aparırlar.
Qadınlar partnyorlarına tez-tez nəyisə xatırlatmalı olurlar. “Yolda ehtiyatlı ol”, “İşığın pulunu ödəməyi unutma”, “Tərləmisən, əynini dəyiş” kimi “tapşırıqlar” qayğıkeş qadınlar üçün adi gündəlik sözlərdir. Bu sözləri oxuyan kimi çoxunuzun “düzdür” deyəcəyinə əminəm. Çünki bu, qadınlar arasında en çox yayılmış haldır. Qadınlar kişilərlə uşaq kimi rəftar edirlər. Onlara elə gəlir ki, kişilər sərbəst heç nə edə bilmirlər, daim tapşırığa, nəzarətə ehtiyac duyurlar. Unutmayın ki, sizin bu reftarınız kişini özünü balaca uşaq kimi aparmağa vadar edir.

-Sevgini qorumaq lazimdır ki, davamlı olsun. Sevgisiz yaşamaq olmaz. Bu hiss hər kəsdə humanistlik, mərhəmət, vurğunluq, gözəllik yaradır. Sevgini qorumaq üçün sadəcə təmənnasız sevmək lazımdır. Heç kimi, heç nəyi dəyişməyə cəhd göstərməyin. Həyatınızı mənalı etmək, sevginizi qorumaq hər kəsin özündən asılıdır. Sevgilinizi incitməyin, qəlbini qırmayın, anlayış göstərin, dinləməyi, nəticə çıxarmağı bacarın və qorxmayın (gülür)
Sadəcə sevin! Sevən ürək sevincə döyünər!

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin