Nikaha daxil olmaq istəyən 10 738 nəfər tibbi müayinədən keçib

0
43

Məlum olduğu kimi, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinə prosesi və buna dair bütün tələblər 2015-ci il iyunun 1-dən icra olunur və uğurla tətbiq edilir.

2017-ci ilin noyabr ayında nikaha daxil olmaq istəyən 10 738 nəfər tibbi müayinədən keçib.

B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, ötən ay müayinədən keçən şəxslərdən 325 nəfərində talassemiya daşıyıcılığı, 18 nəfərdə sifilis, 11 nəfərdə isə QİÇS aşkarlanıb.

Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 38-dir”, – deyə direktor vurğulayıb.

2017-ci il ərzində 23 hamilə qadında perenatal müayinə aparılıb. Müayinələr zamanı onların dünyaya gətirdiyi 6 körpə talassemiya xəstəsi, 13-ü daşıyıcı, 4-ü isə sağlam doğulub.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin