ADHTİ-nin əməkdaşları beynəlxalq seminar-treninqdə iştirak ediblər

0
41

Ana və uşaqların sağlamlığı ölkə səhiyyəsinin priopitet məsələləri sırasındadır. Bu sahədə göstərilən tibbi yardımı müasir standartlara çatdırmaq üçün beynəlxalq təhsilin önəmli rolu vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göstərişi ilə Ə.Əliyev adına ADHTİ-nun pediatriya kafedrasının əməkdaşlarının Rusiya Federasiyası Sankt-Peterburq şəhərində 13.11.17.-26.11.17-ci il tarixində uşaq infeksion xəstəlikləri üzrə beynəlxalq seminar-treninqdə iştirak etməsi həmin təhsil növünün davam etdirilməsi üçün bir sübutdur.

Seminar-treninqdə Azərbaycan nümayəndə heyətinin tərkibində pediatriya kafedrasının dosenti Quliyeva Z.M. və assistent İsrafilbəyova İ.B. iştirak etmişlər. Seminar-treninqlərə bir çox MDB ölkələrinin nümayəndələri cəlb olunmuşdular.

Tədbir Sankt-Peterburq Uşaq İnfeksion Mərkəzində keçirilirdi. Treninqlər xüsusi müasir simulyator otaqlarında aparılırdı. Mərkəzin yüksəkixtisaslı müəllimləri tərəfindən təqdim olunan mühazirə və təcrübə dərslərində müasir yeniliklər nəzərə çatdırılır, praktik vərdişlər simulyatorlar üzərində öyrədilirdi.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin