Azyaşlı uşağın gələcəkdə ola biləcək sonsuzluq riski aradan qaldırılıb

0
75

15 kriptorxizmli uşaq Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində böyrək xəstəlikləri və transplantologiya şöbəsində əməliyyat olunub.

Medonline.az Azərtac-a istinadən bildirir ki, əməliyyatı icra edən böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan bu barədə məlumat verib.

Həkim deyib: “Hər bir uşaq diqqətli araşdırmalardan sonra əməliyyata götürülüb. Bəzi azyaşlılarda əvvəl keçirdikləri uğursuz əməliyyat nəticəsində problem təkrarlanmışdı. Təbii ki, təkrar əməliyyatlar daha mürəkkəb idi. Bütün bunlara baxmayaraq, heç bir xəstədə patologiya qeydə alınmayıb. Xəstələr artıq evə buraxılıblar.”

Qeyd edək ki, kriptorxizm uşaqlarda çox geniş yayılmış xəstəlikdir. Belə uşaqların gələcəkdə sonsuzluq problemi yaşamamaları üçün bir yaşa qədər əməliyyat olunmalıdırlar.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin