Milli Onkologiya Mərkəzi maarifləndirmə aksiyaları keçirəcək

0
73

 

Mili Onkologiya Mərkəzinin Qadın Dünyası mərkəzinin təşəbbüsü ilə oktyabr ayında Süd Vəzi sağlamlığı mövzüsunda Bakı şəhərin müxtəlif yerlərində təşkil olunmuş aksiyalarından sonra, regionlarda da maarifləndirmə aksiyalar planlaşdırılır.

Növbəti tədbir Göyçay şəhərində Nar bayramı zamanı nəzərdə tutulub. Planlaşdırılmış aksiya 3-4 Noyabr, 2017-ci il keciriləcək. Bu tədbirin məqsədi ictimaiyyətin qadın sağlamlığına diqqətini artırmaq və onkolojı xəstəliklərlə bağlı əhalini məlumatlandırmaqdır.

Bayrama bütün Azərbaycanın bölqələrindən gələn insanlar ümumi məlumatı almaqla yanaşı, aksiyada iştirak edən mərkəzin həkimlərindən onları maraqlandıran suallarına daha ətraflı cavablarını ala bilərlər.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin